Əslində zərərli olan 5 sevimli məhsul - FOTO
Qida məhsulları yaxşı əhval və möhkəm sağlamlığın əsasını təşkil edir. Amma yalnız o halda ki, əgər onlar faydalıdır. Bəzi qidaları biz elə hesab etsək də, onlar son dərəcə zərərlidir...
Milli.Az qafqazinfo-ya istinadən əslində zərərli olan beş məhsulu təqdim edir:
Yarımfabrikatlar
Bəli, bu yetərincə rahat məhsuldur, hansını ki, elə də bişirmək lazım deyil. Tavada qızartdın və ya mikrodalğalı sobada qızdırdın - hazırdır! Amma yarımfabrikatların tərkibi heç də ən yaxşılardan deyil. Onların hazırlanmasında soya, ət emulsiyası, konservantlar, nişasta, aromatizatorlar, müxtəlif dad artırıcılarından istifadə olunur. Ona görə də, çətin ki, bu məhsulu faydalı adlandırmaq olar.
Çeynəlinən marmelad
Dadlı qurd və ayılar bütün yaş kateqoriyasına aid insanları cəlb edir, amma xüsusilə uşaqları. Onların tərkibində zərərli inqrediyentlər, eləcə də qatılşadırıcılar, kimyəvi rəngləyicilər var. Zərərlidir? Əlbəttə!
Kolbasa
Kolbasanın hazırlanmasında sümük, birləşdirici toxuma, dəri, piy, file qalıqları və s. kimi qida tullantılarından istifadə olunur. Kütləyə ən müxtəlif zərərli əlavələr, dad gücləndiriciləri əlavə edilir. Bu da onu deməyə əsas verir ki, kolbasanın tərkibində faydalı heç nə yoxdur.
Marinə edilmiş göbələk
Meşə göbələkləri adi halda belə potensial zərərli ola bilər, o ki qaldı, mağazalarda satılan marinə edilmişlərə! Onların hazırlanması üçün çoxlu sirkədən istifadə olunur ki, bu da mədə-bağırsaq traktına zərər vurur.
Çörək
Supermarketdə satılan çörəyin tərkibində olan L-tsistein insan orqanizmi üçün heç də ən yaxşı maddə deyil. O, hazırlanma vaxtını azaltmağa kömək edir. Bu amin turşusunun mənşəyi yetərincə şübhəlidir. Onu insan saçı, quş lələyi və inək buynuzundan alırlar.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ