""Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı"

""Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı""Əsrin müqaviləsi" adından da məlum olduğu kimi Aəzrbaycanın tarixində ən vacib hadisələrdən biridir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyatı üçün olduqca əlamətdar və önəmli bir hadisədir:
"Bu sazişin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı, bu da Azərbaycanın iqtisadi inkişafının əsas bünövrəsini təşkil etdi, əsas təkan verici faktor oldu.
Son 20-30 ildə Azərbaycan iqtisadiyyatının inkişafında neft çox mühüm rol oynamışdı. 1994-cü ildə imzalanan əsrin müqaviləsi çərçivəsində Azərbaycanın ən böyük neft yataqları olan "Azəri", "Çıraq" və "Günəşli" yataqları dərinsulu hissəsi işlənməyə başlandı.
Bu yataqlar Xəzər dənizin dərinsulun hissəsində Azərbayca məxsus olan sektorda yerləşməkdədir. Orada isə yataqların işlənməsi üçün böyük məbləğdə vəsait, sərmayələr və texnoloji imkanlar vacib idi. Məhz bu texnoloji imkanlar və maliyə imkanları xarici şirkətlər vasitəsi ilə Azərbaycana cəlb olundu, onların bizimlə iş birliyi üçün bütün şərait yaradıldı. Bunun nəticəsində son illərdə Azərbaycana böyük məbləğdə vəsaitlər daxil olmağa başladı".
Onun sözlərinə görə, Azərbaycan Sovet İttifaqından ayrıldığımız zaman dünya bazarlarına çıxış imkanımız yox idi, çünki dünya okeanına birbaşa bağlı deyilik. Beynəlxalaq şirkətlərin iştirakı ilə, bu xətlər inşa olundu. Məhz "Əsrin Müqaviləsi" imzalandıqdan sonra beynəlxalq təşkilatların irştirakı ilə bu xətlər inşa olundu. Bu xətlər vasitəsilə dünya bazarına neft ixrac olunmağa başladı:
"Pik dövründə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından çıxarılan neft ümumi neft hasilatının 80 faizini təşkil edirdi. Dövr keçdikcə yataqlarda resurlar azalır, lakin bu gün də həmin yataqların payı 70 faizə bərabərdir. Hələ uzun müddət bu yataqlar mühim əhəmiyyət kəsb edəcək. 2050-ci ilə dək uzadılmış "Əsrin Müqaviləsi" bundan xəbər verir ki, bu yataqların istifadəsi ən azı bu ilə dək davam edəcək. İndiyə qədər bu yataqlardan ümumi gəlir 150 milyar dollar civarında olub".
O qeyd edb ki , indiyə qədər dövlətimiz bu yataqlardan əldə etdiyi mənfəəti 150 milyard dollara yaxınlaşır, Dövlət Neft Şirkəti də şirkətlər tərəfində paydaş olaraq, AÇG-dən 14 milyard dollardan çox gəlir, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismarından 1,7 milyard dollara yaxın gəlir əldə etmişdir.
"Dövlətin və SOCAR-ın "Əsrin Müqaviləsi"ndən əldə etdiyi gəlirlər ölkədə bir çox sosial yönümlü layihələrə, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə və ümumilikdə ölkə iqtisadiyyatına yatırılmışdır, dövlət büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir", - İ. Əhmədov bildirib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou valyuta son.xeber sonxeberler