Estetik cərrahların FIRILDAĞI - Əməliyyatdan öncə görün nə edirlər?

Estetik cərrahların FIRILDAĞI - Əməliyyatdan öncə görün nə edirlər?Son vaxtlar istənilən cərrahi proseslərdən əvvəl həkimlər bir qayda olaraq xəstəyə və yaxud yaxınına əməliyyatın riskləri, ağırlaşmaları haqqında iltizamnamə imzalatdırırlar. Hansı ki, bu sənəd həkimin əməliyyatdan sonra xəstənin səhhətində yarana biləcək hər hansı bir fəsad və ya problemdən sığortalanması rolunu oynayır.
Amma həkimlərin əksəriyyəti lazım oldu-olmadı, yəni risk əhəmiyyəti daşımayan əməliyyatlarla bağlı da xəstədən belə bir iltizamnamə tələb edirlər. Bu, daha çox özünü estetik əməliyyatlar zamanı göstərir.
Bəs, hüquqi baxımdan bu düzgündürmü?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əməliyyat zamanı insanların səhhətlərinin korlanması və ciddi problemlərlə qarşılaşması halları geniş yayıldığından həkimlər özlərini bu yolla sığortalamış olurlar:
"Çünki əməliyyatdan sonra şikayətlər edilir və araşdırma aparılır. Həkimlər isə bu məsələdə özlərini sığortalamaq üçün belə bir addım atırlar. Əslində əməliyyata girməmişdən əvvəl hər bir pasiyentin səhhəti barədə tədqiqat aparılmalıdır. Şəxsin əməliyyata yararlı olub, olmaması müəyyən olunmalıdır. Yalnız bundan sonra əməliyyata qərar verilə bilər.
Həkimlər buna böyük maraq göstərmirlər.
Sadəcə əməliyyatdən əvvəl hər hansı risk təhlükəsi ilə bağlı xəstənin imzasını alırlar. Bizə də əməliyyatdan sonra həm ölüm halı, həm də ciddi fəsadların yaranması ilə bağlı çoxsaylı müraciətlər olub. Bir nəfər var idi, əməliyyatdan sonra tam görmə qabiliyyətini itirmiş və I qrup əlil olmuşdu. Hansı ki, həkim ona söz vermişdi ki, hər şey əla olacaq. Vətəndaşın məhkəməyə müraciəti ilə bağlı heç bir nəticə əldə olunmadı".
Hüquqşünasın sözlərinə görə həkim səhvi ilə bağlı məsələlərdə hər dəfə ədalətli araşdırma aparılmır:
"Bu, çox ciddi problemdir. Səhiyyə qurumları öz həkimlərini bir növ sığortalayırlar. Bilirik ki, şikayətləri araşdırılması üçün hüquq mühafizə orqanlarına, onlar isə sənədləri ekspertizaya göndərirlər. Ekspertizanı isə Səhiyyə Nazirliyinin tərkibində olan müvafiq qurum keçirir. Yəni, burada maraqların toqquşması var. Bu baxımdan ölkədə alternativ, müstəqil ekspertiza idarələri yaranmalıdır.
Təəssüf ki, bu sahə bizdə inkişaf etmədiyi üçün o şikayətlərin heç bir nəticəsi olmur.
Ona görə də ölkədə Səhiyyə Nazirliyindən asılı olmayan, ondan lisenziya almayan özəl ekspertiza qurumları yaradılmalıdır. Əgər lisenziyanı nazirlik verəcəksə, yenə asılılıq yaranır. Nə qədər ki müstəqil ekspertiza qurumları olmayacaq, o qədər də həkim səhvləri və səhlənkarlığı ilə bağlı ədalətli qərar gözləmək olmaz.
Reallıq odur ki, həkim bütün əməliyyatlarda nəzərdə tutulmadığı halda xəstədən iltizamnamə alırsa, hüquqi baxımdan heç kim ona irad tuta bilməz. Amma xəstənin səhhətindəki problemləri dərindən öyrənməyə meyilli deyillər. Hesab edirəm ki, bu məsələni tibbə cavabdeh olan qurumlar qaydaya salmalıdır. Həkimlərin iltizamnamə alması pasiyentdə də həyəcan yaradır".

Sağlamlıq       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim