Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMAAzərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur.
Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdir və tibb təhsilində hansı məsələlərə üstünlük verilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov hesab edir ki, ilk növbədə Azərbaycan tibb təhsilinin keyfiyyətinin yüksəldilməsinə və dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək mütəxəssislərin hazırlanmasına diqqət yetirilməlidir.
Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMAOnun sözlərinə görə, tibb universitetlərinin əsas vəzifəsi insanların sağlamlığının qorunmasına xidmət edən peşəkar kadrlar yetişdirməkdir.
"Adından da göründüyü kimi, tibb universiteti insanların sağlamlığının keşiyində duran mütəxəssislərin hazırlandığı müəssisədir. Hesab edirəm ki, universitetlərimiz ilk növbədə mövcud tələblərə cavab verən, yüksək səviyyəli mütəxəssislər yetişdirməlidir. Bu məsələləri tam həll etmədən estetik istiqamətə keçməyi düzgün hesab etmirəm. Çalışmalıyıq ki, tibb universitetlərimiz dünyanın aparıcı ali təhsil müəssisələri ilə eyni səviyyədə kadr hazırlaya bilsin. Daha sonra digər istiqamətlərin inkişafına diqqət yetirmək olar", – deyə terapevt bildirib.
R.Bağırov qeyd edib ki, estetik və plastik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmasının özlüyündə problemli tərəfi yoxdur. Onun fikrincə, bu sahə üzrə ixtisaslaşma imkanı yaradılarsa, həkimlər maraq və seçimlərinə uyğun istiqamətdə fəaliyyət göstərə bilərlər.
"Estetik əməliyyatlar üzrə ayrıca ixtisas açılsa və bu sahə tədris olunsa, burada problem görmürəm. Müalicə istiqamətini seçən həkim öz sahəsində çalışacaq, estetik cərrahiyyəyə marağı olanlar isə həmin istiqamətə yönələcəklər. Azərbaycanda estetik əməliyyatlar aparan kifayət qədər həkimimiz var. Ancaq bu gün səhiyyədə diqqət tələb edən çoxsaylı aktual məsələlər mövcuddur. İnsan estetik əməliyyat keçirmədən də yaşaya bilər", – deyə o, vurğulayıb.
Beləliklə, terapevtin fikrincə, estetik və plastik cərrahiyyə üzrə ayrıca ixtisaslaşma mümkün olsa da, tibb təhsilində prioritet ilk növbədə səhiyyənin fundamental ehtiyaclarının qarşılanması və peşəkar mütəxəssislərin hazırlanması olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 14 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər maraqlı xəbərlər son xeberler bugun 2026 azerbaycan sonxeberler