Gerasimov Putinə ağır məruzə hazırlayır: Rusiya ordusu Ukraynada geri çəkilməyə məcbur qala bilər

Gerasimov Putinə ağır məruzə hazırlayır: Rusiya ordusu Ukraynada geri çəkilməyə məcbur qala bilərRusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Vladimir Putinə Ukraynanın işğal olunmuş ərazilərinin bəzi hissələrindən geri çəkilməyin zəruriliyi ilə bağlı son dərəcə ciddi məruzə hazırladığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ruslan Şevçenko bildirib.
Onun sözlərinə görə, hərbi dairələrdəki mənbələrin məlumatına görə, mövcud qüvvələrlə indiki cəbhə xəttini qoruyub saxlamaq getdikcə çətinləşir. İnsan itkiləri orduya yeni müqaviləli hərbçilərin cəlb olunma sürətini üstələyir, hazırlıqlı ehtiyat qüvvələri isə demək olar ki, tükənmək üzrədir.
Siyasi analitik bildirir ki, məruzədə Rusiya ordusunun real döyüş qabiliyyəti ilə Baş Qərargahın rəsmi hesabatları arasındakı ciddi fərqin də əks olunacağı bildirilir. Sənədlərdə alaylar hələ də tam komplektləşdirilmiş göstərilsə də, faktiki vəziyyətin bundan xeyli fərqli olduğu iddia edilir. Belə ki, bəzi batalyonların ardıcıl hücum əməliyyatlarından sonra şəxsi heyəti gücləndirilmiş rota səviyyəsinədək azalıb.
Ekspert daha sonra deyir:
"Yeni cəlb olunan hərbçilər cəbhənin ən təhlükəli istiqamətlərindəki boşluqları doldurmaq üçün istifadə edilir. Nəticədə yorulmuş və ciddi itkilər vermiş bölmələrin arxa mövqelərə çıxarılaraq bərpa olunmasına imkan qalmır. Bu isə ordunun ümumi döyüş qabiliyyətini daha da zəiflədir.
Baş Qərargahın təklif etdiyi variantlardan biri cəbhə xəttindəki bir neçə həssas çıxıntının əvvəlcədən tərk edilməsi və qoşunların daha qısa, müdafiəsi asan olan mövqelərə çəkilməsidir. Belə bir addım şəxsi heyətə qənaət etməyə, təchizat marşrutlarını qısaltmağa və Ukrayna ordusunun mümkün yarılma cəhdlərinə qarşı əlavə ehtiyat qüvvələri formalaşdırmağa imkan verə bilər.
Hərbi rəhbərliyin mövqeyinə görə, geri çəkilmə zərurəti yaranarsa, bu, düşmən hücuma keçib geri çəkilmənin istiqamətini müəyyənləşdirməmişdən əvvəl, planlı və təşkil olunmuş şəkildə həyata keçirilməlidir. Əks halda, nəzarətli hərbi manevr nizamsız geri çəkilməyə çevrilə bilər.
Lakin bu təklifin qarşısında ciddi siyasi maneə dayanır. Vladimir Putin Rusiyanın öz ərazisi elan etdiyi bölgələrin hər hansı hissəsinin tərk edilməsinə qarşıdır. Belə bir qərar Kremlin cəbhədə davamlı irəliləyiş barədə yaratdığı siyasi mənzərəni poza və hakimiyyəti ictimaiyyət qarşısında çətin vəziyyətə sala bilər.
Bir neçə ildir davam edən müharibədən sonra ərazilərdən geri çəkilmək qərarının izah edilməsi Kreml üçün ciddi siyasi problemə çevrilə bilər. Baş Qərargahın alternativ kimi nəzərdən keçirdiyi variant isə yeni səfərbərlik elan etmək və cəbhəyə əlavə olaraq bir neçə yüz min nəfər göndərməkdir. Lakin bu addım da həm iqtisadi, həm sosial, həm də hərbi baxımdan ağır nəticələr doğura bilər.
Beləliklə, Kremli iki çətin seçim arasında qalmaq təhlükəsi gözləyir: ya siyasi baxımdan ağrılı geri çəkilmə qərarı vermək, ya da yeni insan resurslarını müharibəyə cəlb edərək mövcud cəbhə xəttini qorumağa çalışmaq".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 27 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər

Putin və Si yırtıcıdırlar. Onlar ABŞ-ın qaraciyərini lobya və əla "Kyanti" şərabı ilə yemək istəyirlər. xəbər verir ki, bunu respublikaçı senator Con Kennedi NBC kanalının efirində deyib. Kennedinin sözlərinə görə

Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib

Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib. xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqınd

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb. APA-y

Nazir Ermənistana daşınan yüklərdən danışdı

Azərbaycan-Gürcüstan nəqliyyat əlaqələrində yeni imkanlar yaranıb. Ermənistan istiqamətində yük tranzitinin təmin olunması və neft məhsullarının bu ölkəyə Gürcüstan üzərindən çatdırılması regional əməkdaşlıq baxımından mühü

ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?

ABŞ-ın elan etmədiyi bir müharibənin idarəetmə mexanizmləri üzə çıxır. Üstəlik, bu dəfə söhbət hansısa anonim mənbənin yaydığı məlumatlardan deyil, Amerika hökumətinin rəsmi şəkildə ictimaiyyətə təqdim etdiyi sənədlərdə

Paşinyan geri çəkilmir: Sülh sazişi üçün son maneə aradan qalxır?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. "Ermənistan Respublikasının yeni Konstitusiya layihəsin

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək. -un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, həmin şahidlər Ramiz Mehdiye

Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler az xeberler az xeber.az bu gun xəbər.az