Ətin qiyməti ilə bağlı şok proqnoz

Ətin qiyməti ilə bağlı şok proqnoz"Əvvəl bu sahəyə məsul olan şəxslər danışıb problemin nədən ibarət olduğunu deməli, daha sonra biz mütəxəssislər danışmalı, problemi açmalı, onların yalnış ya da doğru dediyini müəyyən etməliyik".
KONKRET.az Kommersant.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son dövrlər ölkədə heyvandarlığın zəifləməsindən, fermerlərin bu sahədən imtina etməsindən, bunun Azərbaycanda ət bazarına təsirindən, ət və ət məhsullarının qiymətinin bahalaşmasından danışarkən deyib.
Ekspert bildirib ki, uzun illərdir biz xəbərdarlıq edirdik ki, yaxın zamanlarda ətin qiymətinin kiloqramı 20 manata qədər bahalaşacaq. Bunun da bir neçə səbəbi var:
"Uzun illərdi fermerlərin örüş kimi istifadə etdiyi sahələrinin 300-400 min hektardan çoxu zəbt edilərək əkin sahəsi kimi istifadə edilib. Həm örüş sahəsi, həm də yem məhsulları istehsalı azalıb. Məsələn, otun istehsalından 100 min tona qədər azalma oldu. Möhkəm yem bazası olmadan ət istehsalını artırmaq mümkün olmayacaq. Qalan örüş əraziləri yüklənib və məhsuldarlıq aşağı düşüb".
Vahid Məhərrəmov onu da əlavə edib ki, hələ 2015 və 2018-ci ildə ərzaq təminatı ilə bağlı dövlət proqramı qəbul edilmişdi ki, o proqramda qüvvəli yem istehsalını 2 milyon tona qaldırmaq nəzərdə tutulmuşdu:
"Hələ də bu yüz min tondan yuxarı qalmayıb. Proqramda nəzərdə tutulandan 20 dəfə az qüvvəli yem istehsal olunur. Bu isə o deməkdir ki, ölkədə ət istehsalı dayanıqlı ola bilməz və ətin qiyməti hər dəfə belə dəyişəcək. Son beş ildə ətin qiyməti 50 faizdən çox bahalaşıb. Doğrudur, ölkədə digər məhsulların qiymətində də artım var, bu da təsir edən amildir, ət istehsaçıları həm də istehlakçı olduqları üçün çalışırlar ki, gəlirlərini artıraraq artan xərclərini kompensasiya etsinlər".
Vahid Məhərrəmovun sözlərinə görə bizdən fərqli olaraq dünyada ətin qiymətlərində azalma var:
"Azərbaycanda isə keçən ildə dayanaqlı olaraq mal ətinin, qoyun ətinin, toyuq ətinin qiymətində artım olub. Bu il də artım göstərilir. Ət kəsimi ilə məşğul olan şəxsləri, fermerləri günahlandırmaq doğru deyil. Çünki problem istehsalda, yem bazasının zəif olmasındadır. Daha çox məhsul istehsal etmək lazımdır. Bu da həm də ət istehlakının qarşısını alır. Ölkə əhalisinin tələbatına uyğun tələbat artmalıdır. Ət istehlakı ilə bağlı beynəlxalq hədd var. Lakin Azərbaycanda bu minimum hədd müəyyən edilib. Azərbaycanda bu ortalama hədd 35, beynəlxalq normada isə 78 kiloqramdır".
Vahid Məhərrəmov onu da əlavə edib ki, əgər bu gün Azərbaycan adam başına 37-38 kq ət istehsal edirsə, bazarda ətlə bağlı xaotik vəziyyət yaranmalı, qiymət tez-tez dəyişməli və defisit yaranmalıdır.

Sosial       Tarix: 08 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 idman xeberleri en son xeberleri sonxeber az