Ətin qiyməti niyə artıb? - ŞƏRH

Ətin qiyməti niyə artıb? - ŞƏRHAzərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb. Qeyd edilir ki, bazarlarda mal və quzu ətinin qiymətində 1-2 manat artım var. Bildirilir ki, səbəb fermerlərin diri satılan mal-qaranı baha qiymətə təqdim etməsidir.
İqtisadçı-ekspert Akif Nəsirli azxeber.com-a açıqlamasında ətin qiymətinin səbəblərindən danışıb.
O qeyd ki, ətin qiymətinin bahalaşmasında maya dəyəri ilə bağlı səbəblər var:
"Ətin qiymətinin bahalaşmasının həm ümumi, həm də bir başa bu sektorun özü ilə bağlı səbəbləri var. Yəni ətin birbaşa maya dəyəri ilə bağlı səbəblər var. Ümumi səbəb ondan ibarətdir ki, bazarda ümumi qiymətlərdə artım var. Yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti də artıb. Bu qiymət artımı fonunda ətin qiymətinin sabit qalması mümkün deyil.
Çünki ət satan da bizim alver etdiyimiz bazarlarda, marketlərdə öz ailəsi üçün, biznesi üçün alış-veriş edir. Bu, onun yaşayış və biznes xərclərini artırır. Ona görə də, o da məcburdur ki, ətin qiymətini bahalaşdırsın. Yəni ətin maya dəyərinə ümumi bazarın təsiri altında təzyiq var". 
Ekspert qeyd edib ki, qış fəslində otun qiymətinin artması da ətin qiymətinə təsir edib:
"Digər tərəfdən, indi qış fəslidir, ötən ilin yayında ot tədarükü azalıb.  Otun ən məhsuldar biçini olan birinci biçin 40-50 faiz itkiyə gedib, ziyanvericilərin hücumuna məruz qalıb. 100 faiz birinci biçini götürsək, onun bütün illərdə olduğunun 60 faizi həcmində fermerlər ot tədarükü edə biliblər. Bu da birinci biçin dövründə bir kip otun 5 manata qədər bahalaşması ilə müşahidə olundu. Növbəti biçinlər bunu bir qədər konpensasiya etdi və bir kipin qiyməti 3-4 minat civarında sabitləşdi. Hazırda yonca kipinin qiyməti 7-8 manatdır. Yəni bu yaydakından iki dəfədən də çox baha qiymətdir və ətin qiymətinə təsir edir". 
"Ümumiləşdirsək, ətin qiymətinin bahalaşmasına təsir edən amil bazardakı ümumi bahalaşmadır, bir də birbaşa ətin maya dəyərinə təsir edən otun, yemin bahalaşmasıdır. O ki qaldı yazda yeni mövsüm başlayanda ucuzlaşmasına, mən düşünmürəm ki, yazda və ya yayda ətin uzuclaşsın. Çünki qeyd edilənlərin fonunda ətin qiymətinin yenidən ucuzlaşmasını gözləmək lazım deyil", - deyə A.Nəsirli əlavə edib.
Aydın Nuri

İqtisadiyyat       Tarix: 22 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun butun xeberler son xeberler bugun son xeberler bugun 2026 canli