Etirazçılar Belqad küçələrində hərəkəti iflic etdilər
"Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır".
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: "Kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır".
Diplomat hesab edir ki, Belqrad bu vəziyyətdə yalnız konstitusiyaya ciddi əməl etməli və milli maraqlara səs vermiş insanların seçiminə hörmətlə yanaşmalıdır. Xatırladaq ki, müxalifət etiraz aksiyalarına qalxıb və dekabrın 17-də keçirilən seçkilərin nəticələri ilə razılaşmadığını bildirib. Etirazçılar Belqrad administrasiyasının binasına daxil olmağa cəhd ediblər. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bununla belə etirazlar davam edir. Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, iğtişaşlar nəticəsində iki polis əməkdaşı ağır yaralanıb, 35 etirazçı saxlanılıb.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi