Ev dustağı edilən Gülşənin daha bir konsertindən maraqlı görüntülər – VİDEO
Ev dustağı edilən Gülşənin daha bir konsertindən maraqlı görüntülər – VİDEO
Aprel ayında İstanbul şəhərində verdiyi konsertdə "Daha əvvəl "İmam Hatip"də təhsil almışdı, əxlaqsızlığı bundandır", - dediyi üçün məhkəmə qarşısına çıxarılan türkiyəli ifaçı Gülşən Çolakoğlu daha bir görüntü ilə gündəm olub.
Kadrlar Ereyli şəhərində iyulun 23-də keçirilən festivaldandır. Videoda tədbir çərçivəsində səhnəyə çıxan Gülşənin azan səsini eşitdikdən sonra ifasını yarımçıq qoyduğu görünür.
"Qulaq asaq, sonra davam edək, yaxşımı?" - deyə o müraciət edir. Tamaşaçılar müğənninin istəyinə alqışlarla cavab verirlər.
Xatırladaq ki, Gülşən aprel ayında konsertdə dediyi sözlərinə görə ötən həftə həbs edilmiş, vəkilinin etirazından sonra isə dörd gün sonra ev dustaqlığı şərti ilə azadlığa çıxmışdı. O, Ataşehirdəki konsertindən qeydə alınan bu qısa görüntünün aylar sonra tirajlanmasını təxribat məqsədi daşıdığını deyib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Gülşənə qarşı "xalqı açıq-aşkar kin və düşmənçiliyə təhrik etmək, onları alçaltmaq" ittihamı ilə 702 nəfərin şikayətçi qismində iştirak etdiyi iddianamə hazırlanıb. İttiham aktı bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə istəyi ilə Birinci İnstansiya Cinayət Məhkəməsinə göndərilib.
Mənbə: Son Dakika

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA