"Evdə həm kişiyəm, həm də qadın' - Məleykə

"Atamın çox ağır xasiyyəti olub, hətta bacılarımı Bakıda təhsil almağa qoymayıb, mən isə inadkarlığım və şıltaqlığımla öz arzuma çatmışam".
Teatr sahəsində hər zaman ağır çəkili, tarixi və klassik qadın obrazlarını yaradan, onları xalqa sevdirən sənətkar, xalq artisti Məleykə Əsədovanı sonuncu dəfə səhnədə elə tarixi obraz olan Xurşudbanu Natəvan rolunda gördüm. Səhnəyə qalib ölkənin Natəvanı kimi çıxan sənətkar, hər dəfə səhnədən də alqışlarla, gül-çiçək dəstələri ilə yola salınırdı.
azxeber.com xəbər verir ki, Xalq artisti moderator.az-a bəzi məqamlar haqda açıqlama verib.
"İtkin gəlin" serialından öncə mən "Yad qızı" televiziya tamaşasına çəkilmişdim. Bu tamaşadakı Jalə obrazı mənə çox böyük uğur gətirdi. 21 yaşım var idi, amma 30 yaşında qız obrazını oynayırdım. Makiyajımı elə etmişdilər ki, yaşım çox görünürdü. Səhər teatra piyada getdim ki, görüm camaat məni necə qəbul edəcək?! İnanın ki, insanlar mənə yol boyunca o qədər sevgilərini bildirirdilər ki. Məndə bir xarakter var ki, bir yerdə əgər lazımamsa, mütləq olmalıyam. Nə olsun ki, mən istəyirəm?! Əgər lazım deyiləmsə, kiminsə yerini tutmaram. 34 ildir ki, sənətdəyəm. Bu illər ərzində bir gün də fasilə vermədən çalışmışam. 34 ildir fanat ordusunu, eyni sevgini, eyni şöhrəti saxlamaq hər sənətkara nəsib olmur. Bu barmaqla sayılan sənətkarlara nəsib olur. Fanatlarım "İtkin gəlin" serialından sonra oynadığım Əfsanə, Məleykə adını övladlarına qoyublar. Bundan böyük sevgi ola bilər?! Tamaşaçı sevgisi aktrisa üçün böyük bir mükafatdır. Hər bir tamaşa, əsər mənim üçün böyük bir məktəbdir. Hər dəfə bir rejissordan nələrsə öyrənirəm. Yaradıcı insan üçün bu çox önəmlidir. Biz ruh adamıyıq. Aktyorların xoşbəxt olması üçün onlara alqış, çiçək kifayət edir. Teatr aktyorları həmişə fədakar, zəhmətkeş olublar. Zarafat deyil, 3 saat dayanmadan başqa bir insanın taleyini canlı-canlı canlandırırsan" deyə sənətkar deyib.
Xalq artisti bildirib ki, evdə bütün yük onun üstündədir.
"Evdə həm kişiyəm, həm də qadın. Bütün hər bir iş mənim zəif çiyinlərim üzərindədir. Hər bir yükün arxasınca özüm qaçıram, hər bir işi özüm görürəm. Çox şükür ki, Allah mənə güc verir. Hər zaman Allaha yalvarıram ki, sağlamlığımı əlimdən almasın" deyə aktrisa bildirib.
Xalq artisti uşaqlıq illərini də xatırlayıb.
"Çox gözəl, saf, sevgi dolu böyük bir ailədə dünyaya göz açmışam. Atam, anam, bacılarımla xoşbəxt bir ömür sürmüşük. Birlikdə şam yeməyi yeyərdik, teatr tamaşalarını və filmləri televiziyadan izləyərdik. Biz 4 bacı olmuşuq. Çox istəyiblər, arzu ediblər ki, bir qardaşımız da olsun. Atam üçün bunun heç bir fərqi olmayıb. Mənim 17 yaşım olanda atam dünyasını dəyişib. 17 yaşına qədər çətinliyin nə olduğunu bilməmişəm. Bizi o qədər gözəl böyüdüb ki. Atamın çox ağır xasiyyəti olub, hətta bacılarımı Bakıda təhsil almağa qoymayıb. Amma mən inadkarlığım və şıltaqlığımla öz arzuma çatıb, İncəsənət universitetinə daxil olmuşam" deyə sənətkar bildirib.
Aktrisa seriallarda çəkilməməsinin səbəblərindən də danışıb.
"Sadəcə görünmək xatirinə heç bir işə imza atmıram. 10 efirə dəvət edirlər, birinə çıxıram. Seriallara da dəvətlər gəlir, amma hələ ki, arzuladığım o obraz həmin senarilərdə yoxdur. İnşallah nə vaxtsa olarsa çəkilərəm. Mən teatr üçün yaşayıram. Canlı sənətin aktrisasıyam. Tamaşa oynayanda tamaşaçı elə bilir ki, bu dəqiqə ürəyim partlayacaq. O qədər ürəkdən, içdən oynayıram ki. Bir insan öz həyatını yaşaya bilmir, biz aktyorlar görün neçə insan taleyi yaşayırıq. Bir aktrisa kimi çalışmışam ki, ən çətin obrazlara imza atım" deyə sənətkar bildirib.

Şou Biznes       Tarix: 17 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cəbhədən video krimnal xeber butun xeberler