"Evdə qal, Azərbaycan!" - ŞƏRH

"Evdə qal, Azərbaycan!" - ŞƏRH"Evdə qal, Azərbaycan!" - ŞƏRH
Martın 30-da Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər planını açıqlayıb.
Bununla da martın 31-dən etibarən xüsusi karantin rejimi daha da gücləndirilib.
Bu tədbirlər ölkədə əhalinin sağlamlığının qorunmasını, virusun yayılma coğrafiyasının minimuma endirilməsini qarşıya hədəf qoyub.
Azərbaycan dövləti xüsusilə yüksək risk qrupuna daxil olan insanların - yaşı 65-dən yuxarı olan şəxslərin sağlamlığını ön plana çəkməklə onların evdən bayıra çıxmasını qadağan edib.
Vaxtında və yerində atılan addımlar ictimai təfəkkürdə də koronavirusa qarşı yumruq kimi birləşməyə gətirib çıxarıb.
Dini, etnik, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hamı həmrəylik göstərir və infeksiyaya qarşı savaş açır.
Dövlət qurumları, fiziki və hüquqi şəxslər Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər, bu isə COVID-19-a qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasına gətirib çıxarır.
Ən son rəsmi məlumata əsasən, Fonda 102 milyon 741 min 569 manat vəsait toplanıb. Bunun 20 milyon manatını Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait təşkil edir.
Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, lakin əlavə tədbirlərin də görülməsinə zərurət yaranır. Təbii ki, bu istiqamətdə müvafiq konsepsiyalar hazırlanır və yaxın günlərdə əhalinin bütün parametrlər üzrə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq.
Azərbaycan dövlətinin koronavirus əleyhinə doktrinasının tam gücü ilə işləməsi üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etsələr, faydalı iş əmsalının artmasına böyük töhfə vermiş olarlar.
Azərbaycanda yaşayan hər bir şəxs anlamalıdır ki, ictimai məsuliyyət bölgüsündə öhdələrinə düşən vəzifələrə qeyd-şərtsiz riayət etməlidir.
Özünütəcrid, sosial izolyasiya tədbirləri çətin sınaq qarşısından üzüağ çıxmağa hesablanıb.
Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və bu hal məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pis məcraya yönələ bilər.
Başa düşmək lazımdır ki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub, koronavirusa yoluxma artan xətt üzrə gedir.
Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu mənzərənin acınacaqlı vəziyyət həddinə çatmaması üçün vətəndaşlar xüsusi karantin rejiminin qaydalarının müəyyən etdiyi hallar istisna olmaqla, evdən çıxmamalıdır.
Birdəfəlik şüurumuza həkk etməliyik ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas ən yaxşı halda infeksiyaya yoluxma, ən pis halda isə ölüm deməkdir.
"Biz birlikdə güclüyük!" və "Evdə qal, Azərbaycan!" şüarları Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində Azərbaycan xalqına etdiyi çağırışdır.
Hamı bu çağırışa qoşulmalı və bu şüarları təbliğ etməlidir. Yeri gəlmişkən, Prezidentin digər şüarı Azərbaycan həkimləri ilə bağlı idi – "Azərbaycan həkimlərinə eşq olsun!"
Milli Məclisin martın 30-da keçirilən iclasında deputatlar Prezidentin bu ifadəsinə qoşularaq, Azərbaycan həkimlərini alqışlayıblar.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 31 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun