Evdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTO

Evdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTOİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyun-iyul aylarında Cəfərov Xəlqani Əfqan oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cavanşir küçəsi, ev 60 və Həsənov Tapdıq Qarakişi oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yerləşən mənzillərinə məhkəmə qərarları əsasında baxış keçirilib.
Open.az xəbər verir ki, həmin nəzarət tədbirlərində X.Cəfərovun kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olması faktı öz təsdiqini tapmış, həmçinin aparılan operativ tədbirlər nəticəsində eyni fəaliyyətlə məşğul olan T.Həsənovun da cinayət əməlləri ifşa olunmuşdu.
Qeyd olunan faktlar üzrə Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində toplanmış materiallar əsasında istintaq davam etdirilir. Lakin kustar üsulla spirtli içkilərin istehsalı faktları üzrə hər iki şəxs barəsində ilkin istintaqın aparılmasına baxmayaraq, onlar tərəfindən vətəndaşların sağlamlığına zərər vuran qanunsuz fəaliyyətin davam etdirilməsi ilə bağlı istintaqa yeni məlumatlar daxil olub.
Bütün bunları nəzərə alaraq, 2021-ci ilin yanvar ayının 25-də həmin şəxslərin qeydiyyatda olduqları ünvanlarda nəzarət tədbirləri keçirilib. Tədbir zamanı X.Cəfərovun evində kustar üsulla hazırlanmış 10 ədəd aksiz markası ilə markalanmamış, 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 488 ədəd saxta aksiz markası və istifadə olunması nəzərdə tutulan 1685 ədəd butulka aşkar olunub. T.Həsənovun evində keçirilmiş tədbir zamanı isə kustar üsulla hazırlanmış 27 ədəd aksiz markası ilə markalanmamış, 159 ədəd saxta aksiz markası ilə markalanmış, o cümlədən 3 ədəd xarici ölkənin aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 8 ədəd saxta aksiz markası, istifadə olunması nəzərdə tutulan 907 ədəd butulka aşkar olunub.
Aşkar edilmiş faktlar protokollaşdırılıb, Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində istintaq materiallarına əlavə edilib.
Evdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTOEvdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTOEvdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTOEvdə yenə kustar üsulla spirtli içki hazırladılar - FOTO

Hadisə       Tarix: 30 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


son xeberler azerbaycan xeberleri yeni xeberler qurban bayrami 2026 krimnal bugun son xəbərlər hava proqnozu