Evi hazır binadan almaq, yoxsa torpaq alıb tikmək? – "Hansı sərfəlidir?" sualına ekspert cavabları

Evi hazır binadan almaq, yoxsa torpaq alıb tikmək? – Azərbaycanda 2023-cü il oktyabrın 1-dən etibarən çıxarışı olmayan torpaq sahələrində tikiləcək fərdi yaşayış evlərinə qaz, su, elektrik enerjisi və digər kommunikasiya xətlərinin çəkilməsi dayandırılıb.
Bu dəyişikliklərdən sonra çıxarışı olan torpaqlara təlabatın artması qiymətlərin bahalaşmasına səbəb olub. Odur ki, vətəndaşlar baha qiymətə torpaq alıb üzərində ev tikməkdənsə hazır binalardan mənzil almağın daha sərfəli olduğunu düşünür.
Maraqlıdır, indiki vəziyyətdə ev sahibi olmağın hansı yolu daha sərfəlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, son dəyişiklikdən sonra mənzil bazarında bahalaşma müşahidə olunur:
Evi hazır binadan almaq, yoxsa torpaq alıb tikmək? – "Bahalaşmanın səbəbi kimi yeni tikilmiş və çıxarışı olmayan evlərə və qeyri-yaşayış obyektlərinə kommunal xidmətlərin dayandırılımasını göstərmək olar. Buna qədər nisbətən aşağı gəlirli insanlar sənədsiz torpaq üzərində fərdi ev tikərək məskunlaşmağa həvəs göstərirdilərsə, indi bu proses dayanıb. Bu isə bahalaşmanı şərtləndirib".
Ekspert hesab edir ki, məlum qadağadan sonra vətəndaşların mənzil təminatında ciddi çətinliklər yaranıb:
"Çünki aşağı gəlirli ailə belə torpaqları nisbətən ucuz qiymətə alır və həmin torpaq sahəsində tikinti aparırdı. Bu formada tikinti aparmaq daha sərfəli idi. Adətən əvvəl 1 otaq və sanitar qovşaq hazırlayırdılar, daha sonra isə həmin yarımçıq tikilidə yaşaya-yaşaya tikintini davam etdirirdilər. Amma indi aztəminatlı ailələrin belə bir şansı qalmayıb".
A.Nəsirov qeyd edib ki, yeni qərardan sonra çıxarışlı torpaqların qiymətlərində də süni bahalaşma müşahidə olunur:
"İndi çıxarışı olan torpaqlar bazara dəyərindən dəfələrlə baha qiymətə təklif edilir. Bunun səbəbi çıxarışlı torpağa təlabatın artmasıdır. Proses belə davam edərsə, yaxın gələcəkdə evsiz insanıların sayının daha da artacağını görəcəyik. Digər problemli məsələ isə indiyə qədər alınmış torpaq sahələrinin taleyidir. Bəs bələdiyyə tərəfindən insanlara satılmış torpaqların taleyi necə olacaq?"
Ekspert deyir ki, Türkiyə bu problemi "Memar əfvi" adlandırılan sənədlə həll edib: "Bununla da bütün sənədsiz evlər və torpaqlar sənədləşdirildi. Bizim ölkəmizdə də analoji əfv sənədi qəbul olunmalıdır".
Digər müsahibimiz, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Orucun sözlərinə görə, vətəndaşlar indi sənədləşmiş, təhvil-təslim proseslərinin yekunlaşdığı çoxmənzilli binalardan mənzil almağa üstünlük verirlər:
Evi hazır binadan almaq, yoxsa torpaq alıb tikmək? – "Hansı variantın ucuz başa gəlməsi isə torpaq sahəsinin yerinin seçilməsindən aslıdır. Bahalı torpaq sahələrində hansısa fərdi yaşayış evi tikilirsə, bu, təbii ki baha başa gələcək. Hazırda tikinti işlərinin aparılması və işçi qüvvəsinin daha da bahalı olması, tikililərin qiymətlərinə də təsir göstərir. Daşınmaz əmlakın bütün seqmentlərində qiymətlərın artım tendensiyasını müşahidə edirik. Yəni, istər mənzil, istərsə də fərdi yaşayış evləri olsun, onların qiymətləri artıma meyllidir".
Ekspert bildirir ki, son 3 ildə daha ciddi artımlar müşahidə olunur:
"Ona görə də hesad edirəm ki, bu proses seçim məsələsidir. Hazırda istər mənzil, istərsə də fərdi yaşayış evi əldə etmək istəyən şəxslər, əvvəlki illərə nisbətən 20-25 faiz daha çox məbləğ ödəməyə məcbur olurlar. Bakıətrafı rayonlarda  torpaq sahəsi alaraq həyət evi tikmək istəyən şəxslərə bu, baha başa gəlməyəcək. Amma tutaq ki, adıçəkilən ərazidə çoxmənzilli binalardan ev almaq üçün daha çox ödməliyik. Bu baxımdan hesab edirəm ki, hansısa ərazidə fərdi yaşayış evi tikmək daha ucuz başa gəlir".
Mədinə Useynova,
KONKRET.az

Sosial       Tarix: 14 may 2024
f Paylaş

Oxşar xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

Azərbaycanda Məhərrəm ayı başlayıb

İyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. xəbər verir ki, İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ay

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun zelzele cəbhədən ən son xəbərlər en yeni xeberler