Evimizi talayıb iz qalmasın deyə yandırdılar' - Mehin

Evimizi talayıb iz qalmasın deyə yandırdılar' - Mehin"20 il bundan əvvəl Bakıdakı həyət evimiz yandı. Yanğın zamanı əşyalarla birgə bir çox arxiv şəkillərimiz yandı. Yanğını oğru törətmişdi. Hadisə zamanı atamın bir çox arxiv şəkilləri yandı. Demək olarki, hamısı yandı".
azxeber.com OLAY-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Sənətçi proqramda 20 il əvvəl talanıb daha sonra yandırılan evlərindən danışıb. 
Hümbətova dəhşətli hadisəni bu sözlərlə xatırlayıb:
"Oğru evimizə girib, talamışdı. Daha sonra əllərinin izi qalmasın deyə evimizi yandırdı. Oğurluq zamanı evdə heç kim olmayıb. Evimizdə oğurluq edən şəxsi tutdular və 6 il həbs cəzası verdilər. Həmin şəxs bizim evimizi tikən ustanın fəhləsi imiş. Artıq bilirdi ki, nəyi necə açmaq lazımdır. Evimizdən anamın qızıllarını, xaricdən alınan bahalı kostyumlarını, çantalarını oğurlamışdı. Bütün qızıl dəstlər getdi. O şəxsi tutulanda qızılların bir neçəsi satıb, pul etmişdi. Oğurluq hadisəsi olanda mən uşaq idim. Oğru evimizə ikinci mərtəbənin eyvanının qapısını qırıb girmişdi. Hətta xatırlayıram ki, o oğurladığı anamın qızıllarının hansısa dəstinin hissəsini ağacın dibində bastırmışdı. Bunlar sonradan araşdırma zamanı üzə çıxdı. Qızılların bir hissəsi bizə qaytarıldı, bir hissəsini isə artıq satmışdı. Evimiz yananda biz rayonda tətildə idik".
Mehin bildirib ki, mərhum atası Hümbətov Məhəddin Mədət oğlunun almalı olduğu polkovnik rütbəsini hazırda anası Xatirə xanım daşıyır:
"Bizə köhnə şəkillər lazım olanda xalalarıma müraciət edib, onlardan götürürük. Onlar bütün mənim çıxdığım efirləri izləyirlər və mənə dəstəkdirlər. Xalalarımın öz şəxsi arxivi var. Lazım olanda onlar öz albomlarından tapıb bizə göndərirlər. Atam o zamanlar polis kimi vuruşaraq şəhid olub. İndi atamın almalı olduğu rütbəni anam Xatirə xanım daşıyır. O polkovnik rütbəsini alıb".

Şou Biznes       Tarix: 25 mart 2025
f Paylaş

Oxşar xəbərlər

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər xeber az xəbər sou xeberler