"Express Bank"dan 30 milyondan çox depozit geri çəkildi: Aktivlər azalıb

"Express Bank" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Express Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% azalaraq 6 milyon 19 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 6 milyon 320 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 19.4% artaraq 32 milyon 185 min manat, faiz xərcləri isə 25% artaraq 8 milyon 926 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.8 milyon manata ( illik müqayisədə 6.3% çox ), qeyri-faiz xərcləri isə 23.3 milyon manata ( illik müqayisədə 12.7% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 9 milyon 806 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.
Cari il iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.3 milyon manat azalaraq 556.8 milyon manata enib. Cari ilin ilk 6 ayında "Express Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 31.7 milyon manat artaraq 440,9 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 205.4 milyon manat ,biznes kreditləri 126.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 108.8 milyon manat təşkil edib.
Bu dövrdə "Express Bank"ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 9.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari il iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.2% və ya 18.6 milyon manat artaraq 170.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 39.1% və ya 30.6 milyon manat azalaraq 47.7 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5.2% və ya 12 milyon manat azalaraq 218.4 milyon manata enib.
Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri altı ayda 15.3 milyon manat artaraq 169.7 milyon manata yüksəlib.
2024-cü il iyul ayının 1-nə "Express Bank"ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.9% və ya 6.3 milyon manat artaraq 136 milyon 235 min manat təşkil edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 12 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər