Əyilə-əyilə ifadəsini yumşaq demişəm, sürünə-sürünə deməli idim' - Elman Nəsirov 'Onun 10 cavabı'nda
Azxeber.com-un "Onun10 cavabı" rubrikasının növbəti qonağI Milli Məclisin deputatı Elman Nəsirovdur.
O müxtəlif mediaqurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.
1. Teymur Məmmədov -Sosial şəbəkələrdə ən çox tənqid olunan siyasətçilərdənsiniz. Bu tənqidlərin səbəbinədir və buna münasibətiniz necədir?
Hesab edirəm ki, sosial şəbəkədedikdə burada bu seqmentin özü yekcins deyil. Peşəkar insanlar sosial şəbəkəyəcəmiyyət üçün faydalı olan fikirlərini, ideyalarını paylaşmaq üçün bir məkankimi baxır. Bu baxımdan onların paylaşdığı idealar, düşüncələr cəmiyyət üçünfaydalıdır. İkinci kateqoriyaya aid olanlar isə sosial şəbəkəyə bir əyləncə,tanışlıq, söhbət etmək məkanı kimi baxanlardır. Onlar ictimai-siyasi həyatdantamamilə uzaqdılar. Üçüncü kateqoriyaya daxil olanlar isə qaragüruhçulardır.Onlara görə sosial şəbəkələr qanunların mövcud olmadığı və ya cəngəllikqanunlarının geçərli olduğu bir məkandır. Onlar üçün sosial şəbəkələr anarxiya,xaos mərkəzidir. Onlar sosial şəbəkəni insanların şərəf və ləyaqətini alçaltmaqüçün, insanların işgüzar ləyaqətinə xələl gətirmək üçün istifadə edirlər. Eynizamanda bütün bunları edib və qarşılığında heç bir cəza almayacaqlarınıdüşünürlər. Şəxsən mən özüm dəfələrlə bu cür analoji vəziyyətlə üzləşmişəm. Şərəfvə ləyaqətim təhqir edilib, olmayan şeyi adıma çıxarıblar. Həmişə də məninsanlara söyləyirəm ki, mənim haqqımda bir şaiə yayılarkən, böhtan atılarkənbaxın görün bir mənbə varmı? Mənim bir səsim varmı, hansısa sayta müsahibəvermişəmmi? Bunların heç biri olmadığı təqdirdə yeri, məkanı, adı da özü qədərmürəkkəb olan bir trolun yazdığı fikir əsasında cəmiyyəti çaşdırmaq istəyirlər.Bu vəziyyətdə mən şərəf və ləyaqətimin alçaldıldığı üçün, işgüzar nüfuzuma xələlgətirildiyi üçün məhkəməyə müraciət edə bilərəm. Belə olan vəziyyətdə şər vəböhtan maddələri ilə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. O zamankampaniya başlayacaq ki, bəs Azərbaycanda növbəti siyasi məhbus yarandı. Ölkəmizdə"siyasi məhbus" belə yaradılır.
Azərbaycanda siyasi məhbusyoxdur, ola da bilməz. Demokratik inkişaf yolun seçmiş bir ölkəyik. Ulu ÖndərHeydər Əliyev bu yolu müəyyən edib və Cənab İlham Əliyev həmin siyasəti davametdirir. Hesab edirəm ki, Azərbaycanda siyasi məhbus ümumi şəkildə beləyaranır. Cinayət edib, məhkəməyə cəlb edilib ona iş kəsiləndə deyir ki, mənisiyasi baxışlarıma görə cəzalandırdılar. Bu yaxınlarda mənimlə bağlı növbətibir şaiə göstərmişdilər ki, guya mən söyləyirəm ki, şəhid olmaq istəyirdim,Qarabağ müharibəsində bu niyyətimə çata bilmədim. Ona görə, Qüds uğrundamüharibədə mən şəhid olmaq istəyirəm. Mənim adımdan belə böhtan, şər ifadələribu cür yayıblar. Bu yalanı yayan tərəfi mən məhkəməyə versəm, sübut edəcəyəmki, o, cinayətkardır. Bu cür adamlarla bağlı yazmışdım ki, sürünmək üçündoğulanlar heç vaxt uça bilməzlər. Bu insanlar sürünmək üçün doğulublar. Onlaryazıq, bədbəxt insanlardır. Mənim onlara yazığım gəlir ki, onlar həyatda özlərinitəstiq edə bilmirlər.
2. Vilayət Muxtar - ReAlPartiyasının sədri İlqar Məmmədov təklif edib ki, hansı rayonun icra başçısı həbsedilibsə, həmin rayonun parlament təmsilçisi istefa versin. Sizin də parlamentdətəmsil etdiyiniz Cəlilabad rayonun icra başçısı rüşvət üstündə həbs olunub. Butəklifə sizin münasibətiniz necədir?
- Mən bunu çox böyük təəssüfhissi ilə qeyd etmək istəyirəm ki, o əsaslandırılmamış bir mövqe ifadə edib. Buməntiqdən uzaq bir yanaşmadır. Əgər bir rayonun icra başçısı qanuna zidd addımatıbsa, onun bu addımını ancaq hüquq mühafizə orqanları araşdırıb üzə çıxarabilər. Deputat ali icra hakimiyyəti üzərində qanunverici hakimiyyətin təmsilçisiolaraq heç bir xüsusi səlahiyyəti yoxdur. Bizim fəaliyyətimiz onunla bağlıdırki, biz seçicilərin içərisində olaq. Onların qayğıları ilə tanış olaq, onlarınproblemlərini dinləyək. Yeri gəlmişkən Cəlilabadın həbs olunan icra başçısı iləmənim telefon danışıqlarım olmuşdu. Söyləmişdim ki, sizdən insanların mənəçoxsaylı şikayət məktubları gəlir. İnsanlar etiraz edirlər ki, müraciətlərinəbaxılmır. Çox soyuqqanlı yanaşmalar olur. Məmurlar öz üzərlərinə düşən məsuliyyətidərk etmək istəmirlər. Ləyaqətlə bizə xidmət etmək istəmirlər. Bizlə görüşdənyayınırlar və s. kimi onların etiraz məktubları daxil olurdu. Mən həmin icrabaşçısını bunlar barədə məlumatlandırmışdım. Bir çox hallarda bununlarazılaşmırdı. Onun cavabı belə olurdu ki, xüsusi insanlar var ki, onların gecə-gündüzişləri ancaq şikayət etməkdir. Bunun da qarşılığında müəyyən umacaqları var.Ona görə də mən hesab edirəm ki, İlqar müəllimin bu yanaşması tamamilə kökündənsəhv bir yanaşmadır. Təəssüf edirəm ki, bu cür uzun müddət siyasətlə məşğulolan bir insan, hüquqi məsələləri bilən bir insan nədənsə bu qədər yanlış birmövqe ortaya qoyur. Bu bir populizmdir. Belə yanaşma İlqar müəllimə başucalığıgətirməz.
3. İsmayıl Qocayev -Elman müəllim, bəzi deputatlardan fərqli olaraq tənqidlərə qarşı reaksiyanız adətənçox yumşaq olur. Həqiqətənmi bu qədər təmkinli, səbirlisiniz, yoxsasiyasi-ictimai statusunuza görə çox da "dərinə" getmirsiniz?
Bu mənim xarakterimləbağlıdır. Ümumiyyətlə, siyasətdə olan insanların ən mühüm şərti təmkin və səbrdir.Tez özündən çıxan, əsəbləri yerində olmayan insanlar siyasətdə çox böyük səhvlərəyol verə bilərlər. Özlərini "yandıra" bilərlər. Çox böyük ictimai qınağa səbəbola bilərlər. Məsələn, mən vaxtilə deyirdim ki, erməni əsgəri Azərbaycan əsgəriilə qarşısında qorxur. Onlar əyilə-əyilə gəzir. Mənim bu ifadəmiqanadlandırmışdılar, ağızlarından da düşmürdü. Amma mən deyən oldu, ya yox?İndi sözümdə dəyişiklik də etdim. Dedim o zaman çox yumşaq demişəm, əyilə-əyilədemişəm, heç düzgün ifadə işlətməmişəm, onlar Vətən Müharibəsi dövründə sürünə-sürünəqaçırdılar. Ona görə də əyilə-əyilə ifadəsini mən yumşaq demişəm, sürünə-sürünədeməli idim. Mənə sonradan zəng edirlər, sosial şəbəkədə yazırlar ki, siz nə qədərdüzgün deyibmişsiniz, biz düzgün anlamırmışıq. Mən debatlarda da oluram.Müxalifətin demək olar ki, bütün nümayəndələri ilə debatlarım olub. Ən çox onatəəccüblənirəm ki, 30 ildir bunların siyasi təcrübəsi var, amma qəti tənqidədözümləri yoxdur. Ancaq özləri tənqid etsin. Hava tutulub, deyirlər iqtidarhara baxır. Qar yağdı, indi qar yağmamalı idi. Yağış yağdı, yağmalı deyildi, bəsiqtidar hara baxır. Yəni bu qədər ancaq nehilizm, heç bir fikri bəyənmir, hərşeyi təkzib edirlər. Deyəndə ki, yaxşı bir təklif et, biz necə edək, hansıaddımı ataq? Buna cavabları yoxdur. Əsas da populizm. Çalışırlar ki, xalqın dərdiniçəkən, halına yanan bir fon yaratsınlar. Mən debatlarda bunu görürəm. Həmişə dəonlara söyləyirəm, əks hücuma keçirəm, kontur arqumentlər qoyuram, onlarıarqumentlərlə təslim etməyə çalışıram, özlərindən çıxırlar. Halbuki onların heçbirinin xətrinə dəyən bir söz demirəm. Mənim əxlaqım və tərbiyəm imkan verməzki, kimisə təhqir edəm. Mən iqtidar təmsilçisiyəm, hakimiyyətin mövqeyinifaktlara söykənməklə izah edirəm. O faktların qarşısında aciz qalandabaşlayırlar səslərinin tonunu dəyişməyə, əsəbləşib qışqırmağa. Məlum olur ki,bunların təmkini də yoxdur. Mən onda sual verirəm ki, 30 il keçib, tutaq kisizin 65 yaşınız var, 30 il bundan əvvəl 35 yaşınız var idi. Bunu radikalmüxalifət nümayəndələrinə deyirəm. Siz 65 yaşında, dünyanı dərk etmə biryaşında bu qədər hövsələsiz və səbrsizsinizsə, siz 25-30 yaşında nə gündəolmusunuz, hansı vəziyyətdə olmusunuz? Elə ona görə də, cəmi bir il hakimiyyətdəqala bildiniz. Siz bu qədər təcrübəsiz, hövsələsiz, səbrsiz adamlar olmusunuz.
4. Aqşin Kərimov - Elmanmüəllim, parlamentdə ara-sıra tənqidi çıxışlar da etmisiniz. Bundan sonrahakimiyyətin tənqid obyektinə çevirdiyiniz qurumlarından sizə iradlar olub?
Xeyr, belə iradlara mənrast gəlməmişəm. Birincisi, cəmiyyətdə özünü büruzə verən bütün neqativ hallaraqarşı mübarizənin önündə ölkə prezidenti Cənab İlham Əliyev gedir. Cənabprezident korrupsiya və rüşvətxorluğa qarşı bir müharibə elan edib. Hansı icrabaşçısını, naziri vəzifəyə təyin edirsə, qarşısında qoyduğu vəzifə o olur ki,get xalqa ləyaqətlə xidmət et, xalqın içində ol, onların problemləri iləmaraqlan. Xüsusilə icra başçılarına deyir ki, get xalqın içində ol, onları dinlə.Bunun əksi olacaqsa, sən şəxsi maraqlarını bütün dövlət maraqlarının və millimaraqların önündə qoyacaqsansa, həyata idrakın gözü ilə yox, mədənin gözü iləbaxacaqsansa bu xalqa xidmət deyil. Heç burada ləyaqətli xidmətdən söhbət beləgedə bilməz. Belə olan halda məsələ kifayət qədər qəlizləşir və buna hüquqimüstəvidə qiymətləndirmə ön plana keçir. Səhv etmirəmsə 7 ya 8 icra başçısı həbsedilib. Mərkəzi icra hakimiyyəti rəhbərləri işdən qovulub. Bunlar hamısı dərsdir.Prezident də söyləmişdi ki, hamı qanun qarşısında cavabdehdir, heç kimin xüsusisəlahiyyəti yoxdur. Bütün bunlardan sonra yenidən həbs olunanlar var. Mən hesabedirəm ki, onlar tamamilə ağıllarını itiriblər. Görmür ki, özündən qabaqanaloji yolu seçən insanların taleyi necə olub? Bunu dərk edə-edə, yox mənətoxunmazlar, qonşu icra başısının başına gəldi, mənim başıma gəlməz, bu düşüncəilə yaşamaq ağlını itirməkdir. Amma bundan sonra da hansı icra başçısı həbsolunsa, inanın ki, onlar üçün "ağlını itirib" ifadəsi çox yumşaq ifadədir.
5. Xəyal Abdullayev -"Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz" – deyən Lavrov ermənilərindəyirmanına su tökməklə nəyə nail olmaq istəyir?
İndi Ermənistanda 20 iyunnövbədənkənar parlament seçkiləri gəlir. Bismarkın belə bir sözü var, üç haldayalan baş alıb gedir. Birincisi, ovçu ova gedir, qayıdanda danışdıqlarının çoxuyalandır. İkincisi, seçki öncəsi və seçki dövründə çox şeylər yalan ola bilər.Üçüncüsü isə, müharibə dövrü və müharibədən sonra eşitdiklərinizin çoxuyalandır. Seçicinin səsini qazanmaq üçün istənilən populizmə gedirlər. Elə bəyənatlarverirlər ki, erməni ictimai fikrində onun çox kompromissiz, qətiyyətli siyasətçiobrazı formalaşsın. Bu gün revanşistlər də eyni yanaşmanı ortaya qoyurlar. Həttaiqtidarın özü də eyni yanaşma ortaya qoyur. Halbuki Paşinyan çox gözəl dərkedir ki, belə bəyənatların sonu yaxşı olmayacaq. Üstəgəl də topun yox, topxananyox, ordun kapituliyasiya edib, darmadağın olunub. Özün kapitulyasiya aktınaimza atmısan. On mindən çox fərarin var. Belə olan halda vəziyyəti gərginləşdirsən,müharibə ola bilər. O müharibəni etməyə sənin gücün var? İndiki vəziyyətdəLavrov da bir çox hallarda seçkiqabağı reallıqları nəzərə alıb belə bəyənatlarlaçıxış edir. Hər halda Lavrovun fikrinə qiymət verərkən onu unutmaq lazım deyilki, onun böyüyü, yəni Putin məlum üçtərəfli sənədə imza atıb. Həmin sənədin bəndlərindənbiri də onunla bağlıdır ki, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaəlaqələri bərpa olunmalıdır. Cənab Prezident də söylədi ki, biz bunu dinc yollaedəcəyik. Əgər dinc yolla olmasa, güc tətbiq edəcəyik.
6. Amid Eyyuboğlu - Sizindeputat olmağınızda Prezident Administrasiyasının sabiq müdiri Əli Həsənovunyardımçı olduğu deyilir. Sonuncu dəfə Əli Həsənovla nə vaxt danışmısınız və nədəndanışmısınız?
Bu, növbəti uydurmadır,yalandır. Əvvəla o səbəbdən ki, mən YAP-ın ən fəal üzvlərindən biri olmuşam.Biz vəzifəyə xidmət edirik. Bu gün vəzifədə kimdirsə, o da dövlətin siyasətinihəyata keçirir. Biz də dövlətin müəyyən etdiyi kursa xidmət edirik. Biz xoşbəxtxalqıq ki, Heydər Əliyev kimi hər kəsin dühasını yetirmişik. Bundan sonra da CənabPrezident İlham Əliyev onun yolunu davam etdirir.
7. Tehran Orucoğlu - Elmanmüəllim, növbəti millət vəkili seçkilərində namizədliyinizi irəli sürməyidüşünürsünüzmü və nəyə görə?
YAP öz namizədlərini müəyyənedir. 125 yerə öz namizədliyini irəli sürür. YAP-ın 760-dan çox üzvü var. Buüzvlərin içərisində 125 nəfəri seçmək və namizədlik irəli sürmək həm asandır, həmdə çox çətindir. Asandır o baxımdan ki, sayımız çoxdur, seçim imkanlarımızgenişdir. Çətini odur ki, nə qədər istedadlı, peçəkar insanlar var. Yaxşılarıniçərisindən ən yaxşısını seçmək çətindir. Bu məntiqlə yanaşanda hesab edirəmki, məhz fəaliyyət, seçicilərlə ünsiyyət, onların razı qalması əsas məsələdir.Yeri gəlmişkən mən elə bu günlərdə deputatı olduğum Cəlilabad rayonundan geriqayıtdım. Mən daha 7 şəhid ailəsində oldum. Şəhidlərin qəbrini ziyarət etdim. Bəziproblemləri elə yerindəcə həll etdim. Bəziləri ilə də bağlı müraciətlər etmişəm.Mən hesab edirəm ki, hakim partiya bütün deputatların fəaliyyətini çox gözəlbilir. Kim nə dərəcədə öz vəzifə səlahiyyətlərinin öhtəsindən gəlir, bu, gözqabağındadır. YAP-ın sonuncu qurultayında təftiş komitəsinin üzvü seçilməyim mənəböyük etimadın nəticəsidir.
8. Elçin Əhmədov - Elmanbəy, I Qarabağ müharibəsi gənclik illərinizə təsadüf edir. Həmin müharibədəiştirak etmisinizmi?
Mən 1986-1988-ci illərdəhərbi xidmətdə olmuşam. Sovet İttifaqı dövrü idi. Hərbi xidmətdən qayıtdıqdansonra Bakı Dövlət Universitetində təhsil alırdım. Mən tələbə idim. O zaman həminmüharibə dövründə bugünkü biliklərimin müəyyən hissəsini həmin dövrdə əldəetmişəm. Bizim patokda 75 nəfər tələbə var idi. Yalnız mənim BDU-dasaxlanmağımla bağlı elmi şuranın qərarı oldu. Məndən bir kurs aşağıda oxuyan tələbələrinmüəllimi oldum. Mən o cür peşəkar elmlə məşğul oldum. Azərbaycan – ABŞ əlaqələrimövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Porfessorluq adı aldım. Həminillərdə televiziya və mətbuatda informasiya cəbhəsində döyüşmüşəm. Bunlar dabugünkü reallıqda informasiya cəbhəsində qazanılan qələbə hərbi cəbhədəqazanılan qələbə özəyidir. Mən bu cəbhədə hər zaman olmuşam və bu gün də varam.
9. Fərqanə Allahverdiqızı- Mandatdan istefa verməyiniz üçün nə baş verməlidi?
Mandatdan istefa verməyimüçün ilk növbədə o baş verməlidir ki, yəni mən elə bir addım atım ki, dövlətə,dövlətçiliyə tamamilə zidd olan bir hadisə olsun. Amma bunun baş verməsi qeyri-realdır.Mənim konkret formalaşmış bir əqidəm var. Mən təpədən dırnağa qədər dövlətəbağlı bir insanam. Bir siyasi partiya seçmişəm, o da YAP olub. Kimsə məni bəyənməyəbilər, kimsə mənim çıxışlarımın əlehinə ola bilər. Amma bir şeyi təstiq edəcəklərki, mənim bir sifətim var. Biz peyğəmbər deyilik, yəni səhvsiz insan olmur.
10. Aydın Nuri - Əvvəl Göyçay-Ağdaş seçkidairəsindən namizədlik irəli sürmüşdünüz, sonununcu seçkidə isə Cəlilabaddan.Əvvəlki dairədə etimadı doğrultmadığınız üçün dairəni dəyişdiniz, ya nəyə görə?
Bunun birinci səbəbionunla bağlıdır ki, hakim partiya və partiya rəhbəri bu qənaətə gəlib.İkincisi, Cəlilabad mənim doğulduğum yerdir. Orada oxumuşam, təhsil almışam. Yəqinki, bu da əsas amillərdən biridir ki, hər kəsin doğulduğu yerdə qalib olmaşansı daha böyükdür. Çünki orada səni hamı tanıyır, fəaliyyətinin necə olduğunubilir. Fəxr edirlər ki, bizim içərimizdən kiminsə namizədliyi irəli sürülüb. Bubaxımdan seçkilərdə qalib gəlmək şansın da çox olur. 10 nəfər də bu seçki marafonundaiştirak edirdi. Hər birinə hörmətlə yanaşıram. Bir çox hallarda həmin namizədlərmənim əlehimə də danışırdılar. Hətta olmayan şeyləri söyləyirdilər. Amma mənonların hamısını bağışlayıram. Son sözü xalq deyir. Məğlublar isə həmişə beləolurlar. Onların məğlubiyyətinin əsas səbəbi heç də göründüyü kimi olmur. Ənböyük problem o olur ki, məğlub olduqları səbəbin üzərində dayanmırlar. Həminvaxt insanlar çox böyük axınla seçkiyə gəlirdilər, öz səslərini də verirdilər.Mən də çalışıram ki, o etimadı doğruldum. Tez-tez seçicilərlə görüşürəm.Onların problemləri ilə maraqlanıram. Cəlilabadın çox böyük problemlərindənbiri əkin sahələrinin suvarılması ilə bağlı idi. Bu çox ciddi məsələ idi, suqıtlığı yaşanırdı. İnsanlar mənə zəng vurub deyirdilər ki, əgər iki-üç gün dəsu gəlməsə, bütün zəhmətimiz batacaq. Mən bu problemlə məşğul oldum. Daha sonrabilirisiniz nə baş verdi? İndi sahibkarlar mənə müraciət edirlər ki, su o qədərçox gəlir ki, sahələri su basır. Siz tapşırın ki, suyu az versinlər. Digər bir ciddiproblem isə o idi ki, İran sərhədi boyunca kəndlərdə 60-cı illərdə basdırılmışişıq dirəkləri var idi. Adicə meh əsən kimi həmin dirəklərin hamısı aşırdı vəişıqlar yanmırdı. Qonşu İranda işıqlar yanır, amma İran sərhədi boyu bizim kəndlərdəişıqlar yanmırdı. Bu məsələ ilə də bağlı mən lazımi adamlarla görüşdüm və buproblemin də həllinə nail oldum. Qazlaşma gəlib 96 faizə çatıb. Amma bununlabağlı problem orada hələ də qalmaqdadır. Biz çalışırıq ki, bu problemlər də həllolunsun.
Aydın Nuri
Rüfət Hüseynov

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?
Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək