Əziz Ələkbərli: "İcmanın fəaliyyəti davam edəcək"
"Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq".
KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur:
Xatırladaq ki, bəzi internet resurslarında Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcəyinə dair xəbər yayılıb.
"Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.
Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək", – deyə İcma rəhbəri vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var