Facebook' Tolikin rəsmi hesabını bağladı
"Facebook" sosial şəbəkəsi aparıcı, prodüser Tarix Əliyevin rəsmi səhifəsini bağlayıb.
azxeber.com xəbər verir ki, bu haqda aparıcı özü məlumat verib.
Onun sözlərinə görə buna səbəb, Xankəndidə olarkən "Bizim dağlar" abidəsi önündə çəkilən fotosunu ermənilərin şikayət etməsi olub:
"Şuşada iki dəfə olmuşam. Amma Xankəndinə ilk dəfə idi ki, gedirdim. Hamı kimi orada olan məşhur abidənin önündə şəkil çəkdirmişəm. "Facebook" mənim 10 illik rəsmi təsdiqlənmiş səhifəmi buna görə bağlayıb. Səbəb də odur ki, ermənilər şikayət edib. Bunu görən kimi "Facebook"a məktub yazdım və bildirdim ki, mən qanun pozuntusu etməmişəm. Niyə bağlanıb? Demək olar ki, 3 gün ərzində heç bir cavab verilmədi. Düşünürəm ki, lazımlı idarələr ora məktub yazmalıdır, ermənilərin yalançı şikayətlərinə görə bizim səhifələr bağlanmamalıdı. Xaricdə yaşayan ermənilər demək ki, bizim məşhurların səhifələrini şikayət edib bağlada bilirlər. Bu nəinki "Facebook"da, "Vikipediya"da da keçərlidir. Amerikada oturub vikipediyaya moderatorluq edən ermənilər, bizim azərbaycanlı məşhurların ingilis dilində olan məlumatlarının açılmasına icazə vermirlər. Buna görə də düşünürəm ki, aidiyyatı qurumlar istər "Facebook", istərsə də "Vikipediya"ya məlumat verməlidir ki, Qarabağ Azərbaycandır. Ora gedən turistlərin və məşhur simaların şəkilləri silinib, səhifələri bağlanmamalıdır".
Aysel


Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır