Faciəyə qarşı siyasi cəsarət - VİDEO

Faciəyə qarşı siyasi cəsarət - VİDEOFaciəyə qarşı siyasi cəsarət - VİDEO
1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri oldu.
20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi.
Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirdi.
O zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi.
Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi.
Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.
Ümummilli lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatında deyilir:
"Mən bunu qəti şəkildə qınayıram, bunun antihumanitar, antidemokratik, ağır nəticələr gətirən, insan haqlarına zidd olan akt kimi dəyərləndirirəm. Azərbaycanda bu qərarı verən rəhbərlər məsuliyyət daşımalıdırlar. İlk növbədə xalq qarşısında Vəzirov cavab  verməlidir. Hansı ki, dünən Azərbaycandan qaçıb. Azərbaycan rəhbərliyi yuxarıda oturan şəxslərə yanlış məlumatlar, dezinformasiya çatdırıb. Mən hesab edirəm ki, rəhbərlik yetəri qədər məlumatlı olmayıb. Onların fikir qarışıqlığı da bu nəticəyə gətirib çıxarıb. Mən hesab edirəm ki, günahkarların hamısı məsuliyyət daşımalıdır".
"Həmin dövrdə əsl siyasi igidliyi, vətənpərvərliyi göstərən yeganə şəxs ümummilli lider Heydər Əliyev oldu".
Bu sözləri politoloq Qabil Hüseynli 20 Yanvar faciəsi haqqında danışarkən deyib. 
O bildirib ki, həmin gün Heydər Əliyev böyük mətbuat konfransı keçirib: "Heydər Əliyev birbaşa Qorbaçovu ittiham etdi ki, Bakıda tökülən qanların birinci günahkarı odur. Məhz onun göstərişi ilə dinc əhaliyə divan tutulub. Onun göstərişi ilə ordu qüvvələri dinc əhaliyə atəş açıb".
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.
Daha ətraflı Baku TV-nin süjetində:

/oxu.az

Siyasi       Tarix: 21 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 son xəbərlər ensonxeberler maraqlı xəbərlər