Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş - VİDEO
Xəbər verdiyimiz kimi, ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.
Dələduzluqla məşğul olan Aygün Məmmədovanın qurbanlarından biri də Vətən müharibəsi şəhidi Çoban Nurmətovun ailəsi olub.
Özünü falçı kimi təqdim edən Aygün Məmmədova şəhidin ailəsinin yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pul oğurlayıb. Məlum olub ki, oğurlanan pul ailənin xəstə övladının müalicəsi üçün nəzərdə tutulubmuş.
Qeyd edək ki, şəhid Çoban Nurmətov Qusarın Cibir kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Prezidentin sərəncamları ilə "Vətən uğrunda", Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Baş gizir Nurmətovun şəhidliyindən 50 gün sonra qızı Fatimə dünyaya gəlib.
Özünü falçı kimi təqdim edən qadının şəhid ailəsindən oğurluq etməsi ilə bağlı Space TV-də yayımlanan "Gündəm Amil Xəlil ilə" verilişi süjet hazırlayıb:

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR