Fanatlarım da mənim kimi dəlidirlər' - Hiss
Müğənni Hiss "Nərgiz Maqazin" jurnalına müsahibə verib.
azxeber.com xəbər verir ki, hədəflərini açıqlayan Hiss özümü Avropa səhnəsində milyonların içində gördüyünü deyib.
"Ən böyük xəyallarımdan biridir ki, Azərbaycan dilində mahnımı bütün dünya əzbər bilsin. Bu necə olacaq onu bilmirəm. Amma əminəm ki, olacaq", - Hiss bildirib.
İfaçı fanatlarının da çılğın olduğunu bildirib: "Fanatlarım da mənim kimi dəlidirlər. Türkiyədə olanda iki nəfər məni küçədə görmüşdü və arxamca düşmüşdülər. Evə gedəndə blokda bütün qapıları döymüşdülər ki, hansı qapını Hiss açacaq. Təbii ki, qapını döydülər və mən açdım. Tanış olduq və şəkil çəkdirdik. Bu, mənə maraqlı idi. Azərbaycanda olsaydı, normal qarşılayardım. Türkiyədə olması məni daha da həvəsləndirdi".
Hiss onu da deyib ki, insanlarda ən çox səmimiliyi dəyərləndirir: "Çünki səmimi olanda necə olacağını bilirsən. Beləliklə, səmimiliyi, empatik olmağı və dürüstlüyü sevirəm. Həyatda "bilmirəm" sözündən çox istifadə edirəm. Çünki hər kəsə hər şeyi başa sala bilmərəm. Bir insanın haqqımda çox məlumatlı olmaması üçün "bilmirəm" sözündən istifadə edirəm. Çox empatik insanam və səmimi olmağımı çox sevirəm. Ən sevmədiyim tərəf isə səbrsiz olmağım ola bilər. Amma səbrsiz olmağım məni uğura daha tez çatdırır".
İfaçı "Həyatınızın ən xoşbəxt anı nədir?" sualına isə "Həyatımın hər anının hiss edən, yaşayan bir insanam. Ən pis günümdə belə xoşbəxtəm əslində...", - deyə cavab verib.
O, pərəstişkarlarına da ismarış göndərib: "Özünüzü kəşf edin, özünüz olun, heç kimə oxşamağa çalışmayın. Çünki özünüz olanda daha dəyərli olacaqsınız".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA