Fantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEO

Fantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEOFantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEO
Çinli alimlər bir-birləri ilə koordinasiyalı işləyən və maneələri asanlıqla aşa bilən kiçik dron dəstəsi hazırlayıblar.
Bununla bağlı təqdim olunan görüntülərdə onlarla parlaq mavi robotun torpağın qeyri-bərabərliyinə baxmayaraq müstəqil şəkildə budaqların, kolların arasından ən yaxşı marşrutu seçərək asanlıqla keçməsi əks olunub. Kadrlar "Ulduz Döyüşləri", "Prometey", "Ülgüc Üzərində Qaçan 2049" və sair bu kimi filmlərin səhnələrini xatırladır.
Çjetszyan Universitetinin alimləri tərəfindən aparılan təcrübə ilə bağlı hesabat "Science Robotics" jurnalında dərc olunub.
Bildirilir ki, əvvəllər dron dəstələri adətən ya heç bir maneəsi olmayan açıq mühitdə, ya da proqramlaşdırılmış maneələr olan yerlərlə sınaqdan keçib. İlk dəfədir ki, onlar vəhşi təbiətdə strukturlaşdırılmamış mühitdə uğurla fəaliyyət göstərir.

Pilotsuz təyyarələrin uçuş yollarının planlaşdırılması ilə bağlı yeni sistem onlara sıx meşələrdə toqquşmadan uçmağa imkan verib. Ovuc ölçüsündə olan robotlar obyektlərə olan məsafələri, hündürlüyü hesablamaq üçün xüsusi kameralar və sensorlarla təchiz edilib.
Fantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEOBu işdə əsas nailiyyət toqquşmaların qarşısını alan və dəstə daxilində yüksək uçuş səmərəliliyini və koordinasiyanı təmin edən kompüter alqoritmi hesab olunur.
Pilotsuz uçuş aparatları GPS kimi heç bir xarici infrastruktura güvənmədiyinə görə bu dəstələr ən ekstremal mühitlərdə işləyə bilər.
Qeyd olunur ki, bu cür dron dəstəsi aerofotoqrafiya, mühafizə işləri və fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi bir çox işlərdə tətbiq edilə bilər.
Fantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEO

Maraqlı       Tarix: 06 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler