"Fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 95 faizə çatacaq" - Deputat

"Dünyada 2.2 milyard insanın təhlükəsiz içməli suya çıxışdan məhrum olduğu bir vaxtda su təhlükəsizlik və dövlətlərarası münasibətlərin əsas xəttinə çevrilib. Nəzərə alsaq ki, 2050-ci ilə qədər iqlim dəyişikliyi və əhali artımı səbəbindən əlavə 1 milyard insan ekstremal su qıtlığı ilə üzləşəcək, o zaman bu sahədə gecikmə iqtisadi böhran, miqrasiya və regional gərginliklər deməkdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. 
O bildirib ki, Azərbaycan  sözügedən məsələyə kompleks, uzunmüddətli və koordinasiyalı yanaşır:
"Azərbaycan sözügedən məsələyə kompleks, uzunmüddətli və koordinasiyalı yanaşır. Cənubi Qafqazda su ehtiyatlarının bölgüsünə görə ən aşağı göstərici ölkəmizdə olduğu üçün dövlət bu strateji problemin həlli istiqamətində vacib addımlar atır. Məsələ şəxsən ölkə başçısının diqqətindədir. Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə də bu vaxta qədər görülən işlər, həmçinin yeni hədəflər açıqlandı. Belə ki, cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan son 20 il ərzində potensialı 500 mln kubmetrdən çox olan dörd böyük su anbarı inşa edib. 2024-2040-cı illər üzrə su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın da əsas hədəfləri əhalinin su təhlükəsizliyinin təmin edilməsidir". 
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə su probleminin həllinə də təsir edib:
"Eyni zamanda 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə su probleminin həllinə də təsir edib. Məlumdur ki, Azərbaycanın su mənbələrinin təxminən 4-də biri vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. 30 illik işğal dövründə Ermənistan "Suqovuşan" və "Sərsəng" su anbarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Dövlət başçımız da söylədi ki, bu, ölkəmizə qarşı açıq terror idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu təhlükənin də qarşısı alındı, azad edilmiş ərazilərimizdəki su anbarları bərpa olundu və ya yeniləri inşa olunmaqdadır".
Parlamentari vurğulayıb ki, Azərbaycan suya sosial məsuliyyət kimi yanaşır:
"Azərbaycan suya yalnız texniki məsələ kimi deyil, eyni zamanda idarəetmə, iqtisadiyyat, ekologiya və sosial məsuliyyət məsələsi kimi yanaşır. Dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlığın hökm sürdüyü bir vaxtda Azərbaycanın su təhlükəsizliyi ilə bağlı olan məsələlər sistemli şəkildə öz həllini tapır. Məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və potensialı artırmaqdır. Cənab Prezidentin göstərişi ilə hazırlanan və 2035-ci ilə qədər icra olunacaq genişmiqyaslı və müfəssəl dövlət proqramının əsas məqsədi də Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Təsadüfi deyil ki, proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcək, fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 95 faizə çatacaq".
Deputat deyib ki, Bu proqram dövlətin gələcəyə yönəlik strateji baxışının əsas göstəricilərindən biridir:
"Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Bu proqram dövlətin gələcəyə yönəlik strateji baxışının əsas göstəricilərindən biridir. Cənab Prezident də qeyd etdi ki, "proqram çox geniş və çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək"". 
Şahanə Ziyad

Siyasi       Tarix: 15 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag