Faydalı qazıntı yataqları üzrə növbəti hərrac keçiriləcək

Faydalı qazıntı yataqları üzrə növbəti hərrac keçiriləcəkİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 1-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Şabran rayonunda 1 lot üzrə "Baş Əmirxanlı" gil yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 4500 manat təşkil edən yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 25 may 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində "Hərraclar" bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

Sosial       Tarix: 02 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər xeberler az cəbhədən yeni xəbərlər dunya xeberleri