"Faydası olacaqsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" klubunu 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksələn "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, təcrübəli futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, üzərindəki çətinliklərdən və xarakter nümayiş etdirməsindən danışıb:
"İlk növbədə azarkeşlərə minnətdarlığımı bildirirəm, bu gün bizi yalnız buraxmadılar. Bir az komandaya inamsızlıq var idi, amma mərhələni adlayaraq bu şübhələri aradan qaldırdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunurdu, oyun həddindən artıq çətin idi. Mənim üçün də asan olmadı, çünki 3-4 aya yaxın əvəzedici heyətdə, meydançası bərbad olan yerlərdə, asfaltda məşq etmişəm və təzə-təzə adaptasiya oluram. Bu gün ayağımda zədə var idi, amma meydanı tərk etmək istəmədim, xarakter göstərmək lazımdı. Söz verirəm ki, əlimdən gələni edəcəyəm və azarkeşlər daha yaxşı Elvin görəcəklər".
Oyundan sonra keçirilən mətbuat konfransında isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin "asfaltda məşq etmişəm" sözlərinə zarafatla münasibət bildirib:
"Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin (gülür). Asfaltda məşq etməyib məncə… Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik".
Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda keçirilən cavab qarşılaşmasında "Dinamo"nu 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqəni təmin edib."Qafqazinfo"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test