Fazil Mustafa: "İki oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan virus yayılası deyil

Fazil Mustafa: "İki oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan virus yayılası deyilFazil Mustafa: "İki oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan virus yayılası deyil"
"Müşahidələrim onu göstərir ki, hansısa qüvvələr məqsədyönlü şəkildə, yaxud da bilmədən COVID-19-un yayılmasında rol oynayırlar. Bu qüvvələr kimlərdir? Doğrusu bilmirəm, ancaq əlamətlərini söyləmək mümkündür". 
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat metronun aylardır bağlı saxlanılmasına etirazını bildirib:
"Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. İş yerlərinə getmək üçün hamının şəxsi minik avtomobili yoxdur. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da, yenə tələbatı ödəmək mümkün deyil. Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib. İndi guya ayrıca avtobus üçün zolaqlar ayrılıb, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır". 
F.Mustafa qeyd edib ki, hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür:
"Heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır". 
Deputatın sözlərinə görə, Türkiyədə və başqa müsəlman ölkələrində məscidlər fərdi ibadətə açıqdır. 
"Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyil". 
Millət vəkili toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsini də müəmmalı sayır: 
"Hər gün Bakının istənilən iaşə məkanlarına diqqət yetirin, yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki oxuyan, 50 qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, vətəndaşlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, restoran və ya şadlıq evi sahibini cəzalandırın". /oxu.az

Siyasi       Tarix: 17 fevral 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı