Fazil Mustafa: Narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər
Narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər.
Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib ki, müvafiq qurum rəy verməsə, çağırış komissiyaları hər hansı qərar qəbul edə bilməyəcək..
Deputat bildirib ki, məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq: "İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu, həm də vəsait deməkdir. Orada hər hansı narazılıq olarsa, məhkəmə kimi yuxarı quruma müraciət olunacaq. Bu, həm də dolaşıqlıq yarada və qurumlararası problemə səbəb ola bilər. Ona görə də bunu bir qurum tərəfindən həyata keçirməsinin yollarını tapmaq olar. Yekun tibbi müayinə demək ilkin tibbi müayinənin tanınmamasıdır. Mexanizmin özünün mürəkkəb olması qurumlar arasında məsuliyyət bölgüsünün ziddiyyətli şəkildə bölünməsidir. Qurumlar məsuliyyəti bir-birinin üzərinə atacaq. Xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir".
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, ölkədə narkoloji dispanser var və orada müalicə təmin edilir: "Əgər müalicə effektiv deyilsə, bu, bu qanun layihəsinin predmeti deyil".
///APA / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"