Fəlakət qapının astanasındadır - Regional təhlükə barədə daha bir AÇIQLAMA

Fəlakət qapının astanasındadır - Regional təhlükə barədə daha bir AÇIQLAMAErmənistan siyasi dairələrində Paşinyan hakimiyyətinin sərt tənqid edilməsinə səbəb düşmən ölkənin son üç ildə düşdüyü acınacaqlı vəziyyətdir.
Dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Ermənistanın atdığı addımlar, həyata keçirdiyi kurs erməni siyasi ekspertləri qane etmir.
Ölkədə siyasi qütbləşmə isə gündən-günə dərinləşir. Rusiya və Qərbin maraqlarının toqquşduğu Ermənistana Hindistan və İran da boylanmaqda davam edir. Hindistanın İran üzərindən Ermənistanı silahlandırması, İranın isə düşmən ölkəyə dəstəyini davam etdirməsi regionda hərbi-siyasi balansın pozulmasına səbəb olur.
ABŞ-ın hərbi təlimlər keçirməsi, Aİ missiasının Azərbaycanla sərhəddə yerləşdirilməsi Rusiyanı əməlli başlı qıcıqlandırıb. Deməli, Ermənistan tezliklə oturduğu iki stulun biri ilə vidalaşmalıdır.
Əks halda düşmən ölkə iki qütbün arasında məhv olacaq və dövlətçiliyini tamamilə itirəcək.
KONKRET.azxəbər verir ki, erməni siyasi ekspert Artur Xaçikyan hesab edir ki, Ermənistan dövlətçiliyinə təhlükəni Nikol Paşinyan yaradır: "Belə təəssürat yaranır ki, Ermənistanın məğlubiyyəti üçün hər şey edilir. Biz sanki qəsdən məğlubiyyət yolundayıq və vəziyyəti daha da gərginləşdirmək üçün çalışırıq".
Hakimiyyətin anti-Rusiya addımlarından danışan Xaçikyan qeyd edib ki, bununla Ermənistan hakimiyyəti Bakının imkanlarını genişləndirir. Ekspert Qərbin razılığı ilə mövcud vəziyyətin və qarşıdan gələn yeni eskalasiyanın baş verə biləcəyini istisna etməyib: "Dünya böyük müharibəyə doğru irəliləyir. Biz isə ətrafımızda baş verənləri anlamalıyıq. Təkcə Ukraynada deyil, Qara dənizdə də eskalasiya müşahidə olunur. Qərb Ukraynaya uzaqmənzilli raketlər verməyi planlaşdırır.
Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti Rusiyanı Türkiyə və Azərbaycana qarşı müharibəyə sürükləməyə və bununla da ikinci cəbhə yaratmağa çalışır".
Xaçikyan hesab edir ki, Rusiya vəziyyətə müdaxilə etməsə, Ermənistan müttəfiqini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edəcək və Rusiyanın regionu tərk etməsini tələb edəcək. Əgər Rusiya müdaxilə etsə, o zaman onun üçün ikinci cəbhə açılacaq. Eyni zamanda, ekspert Rusiyanın hazırkı vəziyyətə müdaxiləsini şübhəli sayır.
Beləcə, Cənubi Qafqaz ermənilərin əli ilə çalxalanır. Böyük oyunçuların əlində alətə çevrilən Ermənistan bütün ümidlərini Qərbin regiona gəlməsinə bağlayıb. Amma Paşinyanın düşündüyü gediş çox təhlükəlidir və hər an Ermənistanın məhvi ilə nəticələnə bilər. Paşinyan buna etinasız yanaşsa da, erməni siyasi elitası onları gözləyən fəlakətin fərqindədir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 15 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun en son xəbərlər bugün dunya xeberleri bugünki xəbərlər