Felqenqauerdən SENSASİON AÇIQLAMA: Bakı pulla alıb, İrəvan isə
"Rusiyanın Zaqafqaziyada mövqeyi hər kəslə yaxşı münasibətlər qurmaqdan ibarətdir. Bu, ona bütün bölgədə dominant olmaqla köhnə, sovet strateji sərhədini bərpa etmək üçün lazımdır. O sərhəd ki, Rusiya imperiyasının dövründə də elə orada olub".
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Pavel Felqenqauer Caliber.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün Rusiya Azərbaycanın daxil olmadığı KTMT çərçivəsində Ermənistanla hərbi müttəfiqlik edir, hətta Gürcüstanla diplomatik əlaqələri yoxdur.
"Amma Rusiya hər kəslə ittifaq qurmaq istəyir. Buna görə də, deyək ki, Azərbaycana qarşı Ermənistanın tərəfində olmaq Kremlin uzunmüddətli strateji hədəflərinə daxil deyil. Moskvada kifayət qədər nüfuzlu erməni lobbisi var, amma kifayət qədər nüfuzlu Azərbaycan lobbisi də var. Onlar müəyyən dərəcədə tarazlaşırlar".
Hərbi ekspert deyir ki, Rusiyanın bölgədə hökmranlıq etməsi və bu ölkələr arasında problemləri öz arbitrajı ilə həll etməsi üçün ortaq bir istiqaməti var.
"Balansı saxlamaq üçün Rusiya həm Ermənistana, həm də Azərbaycana silah satıb. Amma Bakı pulla alıb, İrəvan isə kredit götürüb və borcu necə ödədiyi bəlli deyil. Buna baxmayaraq, Rusiya tarazlığı qorumağa çalışdı.
Düzdür, Rusiya Federasiyası tarazlığı elə də qoruya bilmədi, çünki Azərbaycanın tək Moskvadan deyil, başqa ölkələrdən də silah almaq imkanı var idi. Və bu gün Azərbaycan nəinki Ermənistanda, hətta Rusiyada da olmayan müasir silahlara sahibdir", - deyə o vurğulayıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək