"Fənərbağça"ya niyə transfer qadağası qoyuldu? - Səbəb açıqlandı
FİFA "Fənərbağça" klubuna üç dönəm müddətinə transfer qadağası tətbiq edib. Sarı-lacivərdli klub verilən cəza ilə bağlı açıqlama yayıb. Qadağanın müəyyən ödənişlərin həyata keçirilməsindən sonra aradan qaldırılacağı bildirilib.
KONKRET.az-ınməlumatına görə, "Fənərbağça" klubunun açıqlamasında bildirilib ki, üç transfer dönəmi üçün tətbiq edilən qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandaya qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır:
"Mətbuatda klubumuzla bağlı yer alan FİFA-nın transfer qadağası barədə xəbərlərlə əlaqədar azarkeşlərimizi və ictimaiyyəti məlumatlandırmaq istəyirik. Klubumuza tətbiq edilən üç transfer dönəmlik qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandamıza qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır.
Futbolçunun transfer haqqına dair 30 aprel 2026-cı il tarixində ödənilməli olan taksit ödənilmədiyi üçün müvafiq klub FİFA-ya müraciət edib. Rəhbərliyimiz də vəzifəsinin icrasına başladıqdan sonra gecikmiş taksiti ödəyib. Müvafiq klubun FİFA-da açdığı işdə növbəti taksitin də ödənilməsi tələb olunub. Biz isə ödənişi həyata keçirmək üçün FİFA-nın qərarını gözləmişik.
Klubumuz FİFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcək. FİFA qarşısında bürokratik prosedurlar tamamlandıqdan sonra transfer qadağası aradan qaldırılacaq.
Bundan əlavə, əvvəlki dövrə aid bütün maliyyə göstəriciləri və öhdəliklər sabah, sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayımızda Konqres üzvlərimiz və ictimaiyyətlə şəffaf şəkildə paylaşılacaq".qaynarinfo.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü