Fərid Şahbazlı: "Bu, Ermənistanın ölkəmizə qarşı hərbi cinayətidir

Fərid Şahbazlı: 2020-ci ildə Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub. Bu barədə Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib ki, Ermənistan tərəfindən basdırılmış minanın daha bir fəsadı. Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 262 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır:
Vəziyyəti "Sherg.az"a dəyərləndirən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı vurğulayıb ki, Ermənistan həm torpaqlarımızın işğalı vaxtı, həm də torpaqlarımızın işğaldan azad edilməsi prosesi zamanı Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərə yol verib:
"Onlar uzun müddətdir mina xəritələrini bizə tam şəkildə təqdim etmirlər. Təqdim etdiyi bir neçə xəritənin isə əksəriyyəti həqiqətən uzaqdır. Bunun nəticəsində də 262 nəfər Azərbaycan vətəndaşı minaya düşüb. Onların arasında ölənlər də var, yaralananlar da. Bu istiqamətdə həm hüquqi, həm də ictimai-diplomatik zəmində ciddi fəaliyyət həyata keçirilməlidir. Ölkənin müvafiq dövlət orqanları bu yöndə iş aparır və aparmağa davam etməlidir. Beynəlxalq məhkəmələrə müraciət edilərək, Ermənistanın yol verdiyi müharibə cinayətlərinə qiymət verilməsi tələb olunmalıdır.
Eyni zamanda Ermənistanın mülki şəxslərə qarşı həyata keçirdiyi bu terroru, dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Bu istiqamətdə xarici KİV-lər və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilməli və ermənilərin mənfur siyasəti ifşa olunmalıdır. Bu gün sülhdən və humanizmdən danışan bir ölkənin məqsədli şəkildə Azərbaycanın mülki əhalisini mina təhlükəsi ilə üz-üzə qoyması isə beynəlxalq hüququn normalarının pozulmasıdır. Biz bu məsələni tez-tez gündəmə gətirməli və Ermənistana təzyiq edilməsi üçün addımlar atmalıyıq".
F.Şahbazlı qeyd edib ki, vətəndaşlarımız arasında maarifləndirmənin aparılması çox vacibdir:
"Həmvətənlərimizin 30 illik həsrətdən sonra öz dədə-baba yurdlarını görmək istəklərini tamamilə başadüşüləndir. Ancaq qəbul etməliyik ki, minalı bölgələrə icazəsiz səfərlər insalara həyatları bahasına başa gələ bilər. Onlar heç o bölgələri görmədən həyatlarını itirə bilərlər. Bu istiqamətdə də media və ayrı-ayrı təşkilatlar tərəfindən geniş maarifləndirmə işləri aparılmalıdır. Hesab edirəm ki, bu addımların hər biri paralel şəkildə həyata keçirilməlidir". / azxeber.com

Siyasi       Tarix: 27 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler sonxabar gunun xeberleri valyuta mezennesi