Fermerlərim əməyi istismar edilir - Məhsullar niyə ucuz alınıb, baha satılır?
Son vaxtlar kənd təsərrüfatı məhsullarının bazardakı qiymətləri ilə təsərrüfatçılardan alış qiymətləri arasında böyük fərq müşahidə olunur.
Fermerlər bildirirlər ki, məhsullar onlardan çox ucuz qiymətə alınsa da, satış nöqtələrində, xüsusilə də paytaxt bazarlarında qiymətlər bir neçə dəfə artaraq təqdim olunur.
İqtisadçı Cəfər İbrahimli azxeber.com-a bildirib ki, bu məsələ ilə bağlı illərdir müzakirələr aparılır:
"Bir çox ölkələrdə eyni proses müşahidə olunur. Bəzi fermerlər məhsulu özləri gətirib pərakəndə şəkildə satmaq istəyirlər. Həmçinin bu yöndə müəyyən təklifləri də var. Bu şəraiti müəyyən yerlərdə yaratmaq mümkündür".
Ekspert deyib ki, elektron dövlət sistemində hansı fermerin hansı məhsulu əkdiyi və becərdiyi məlumdur:
"Ona görə də rayonlarda pərakəndə satışa dəstək göstərilməsi mümkündür. Amma düşünürəm ki, hazırkı bazar iqtisadiyyatında istehsalçı, topdansatışçı və pərakəndə satış strukturları formalaşmalıdır ki, həmin işlər daha effektiv olsun".
İqtisadçı vurğulayıb ki, digər tərəfdən, pərakəndə və topdansatışla məşğul olan şirkətlər yaradılmalıdır:
"Digər tərəfdən, pərakəndə və topdansatışla məşğul olan şirkətlər qurulmalıdır. Fermerlərin özlərinin də kooperasiya şəklində birləşməsi gəlirin artmasına böyük təkan verə bilər. Kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişaf etdirilməsi isə qiymət fərqlərinin qarşısını almağa kömək edər".
Şahanə Ziyad
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır