Fevralın 1-dən əmək pensiyasının minimum məbləği bu qədər olacaq
"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək".
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: "Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək".
Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevral ayının 1-dən 280 manatdan 320 manata qaldırılmalıdır.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə ediləcək. / azxeber.com

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"