FHN əhaliyə xəbərdarlıq etdi

FHN əhaliyə xəbərdarlıq etdiSon günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və kəskin keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) azxeber.com-a bildirilib ki, FHN-n yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, gün ərzində Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində müvafiq olaraq suçəkmə və təxliyə tədbirləri həyata keçirilib.
Ümumilikdə gün ərzində FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən 12 nəfər və qarlı-şaxtalı havada Siyəzən rayonunda dağda yolu azaraq köməksiz vəziyyətdə qalmış 4 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Sosial       Tarix: 20 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Sürücülərin nəzərinə: Sabahdan Bakının bu mərkəzi küçəsi bağlanır

Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq. Bu barədə -a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az beynelxalq bank mezenne cəbhədən son durum cebheden xeberler