FHN tərəfindən biri azyaşlı olmaqla 6 nəfər xilas olunub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
azxeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində "ВАЗ" markalı minik avtomobili ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin, 15.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun meyiti batdığı yerdən təqribən 1 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı