FHN: Xızıda küləkli hava yanğınsöndürmə işlərini çətinləşdirir -YENİLƏNİB
Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.
İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
XXX
14:14
Xızı rayonunda yanğın davam edir.
Bu barədə Open.az-a Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir.
Qeyd olunub ki, həmin ərazi qeyri yaşayış sahəsidir:
"Yanğının demək olar çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar. Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerədədir".
Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib