Fikrət Əmirovun 'Dağlar qızı Reyhan' mahnısını kim dəyişdi?

Fikrət Əmirovun 'Dağlar qızı Reyhan' mahnısını kim dəyişdi?Görkəmli bəstəkarın məşhur mahnısı yeni tərzdə...
Bəstəkar-müğənni SİVVA və bəstəkar-aranjemançı Camal Qurbanov hər kəsin tanıdığı " Dağlar qızı Reyhan" mahnısını öz dinləcilərinə fərqli improvizasiyada təqdim ediblər. Sivva mahnıda muğam oxumağı ilə diqqət çəkib: Atam Məmməd Ağasıyev tarzən idi. Evdə həmişə muğamları dinləmişəm.
Oxu tərzimdə şaman-mantra boğazları da var və düşünürəm maraqlı alınıb. Aranjemanda isə afro-etno elementləri əziz və istedadlı dostum Camal Qurbanov etdi. Ona təşəkkür edirəm.
Yeri gəlmişkən layihənin musiqi prodüseri Camal Qurbanov mahnıya yeni nəfəs verdiklərini düşünür: "Dağlar qızı Reyhan" mahnısını ilk dəfə dahi Rəşid Behbudov oxuyub. Sonradan Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb. Müasir ifaçılardan da çoxları mahnını ifa edib. Xalq arasında çox sevilir. Ona görə də düşündük ki, mahnıya fərqli münasibət göstərək və dinləyicilərə özümüzə məxsus dəstixətlə çatdıraq. Ona xələl gətirməmişik. Ümumiyyətlə missiyamız dinləyicilərə xalq və bəstəkar mahnılarını müasir, həm də yeni formada çatdırmaqdır. Bu üslubda mahnıların davamı olacaq və albom şəklində təqdim ediləcək. Həmçinin konsert proqramı nəzərdə tutulub. Camal Qurbanov Sivva ilə iş birliyinin maraqlı olduğunu bildirib: Sivva etnik, klassik və modern ifaları ilə seçilən sənətçilərdəndir. Bu, mənə bizim ortaq layihələrimizin yaranmasına stimul verir. 
Onu da qeyd edək ki, "Dağlar qızı Reyhan" mahnısına klip də çəkilib. Kənd həyatının əks olunduğu ekran işində öz geyim tərzi ilə Sivva əsl dağlar qızı obrazını yaratmağa nail olub.

/ azxeber.com

Şou Biznes       Tarix: 15 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət son xeber xeber.az son xeberler cəbhədən xəbərlər