Finlandiya Türkiyə ilə imzalanan müqaviləni "uğurlu" adlandırdı

Finlandiya Türkiyə ilə imzalanan müqaviləni Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, NATO sammitində kofe fasiləsi Türkiyə ilə danışıqlarda dönüş nöqtəsi olub. Həmin vaxt Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı fikir ayrılıqları aradan qaldırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ankara ilə imzalanmış müqavilə uğurludur.
"Biz uzun müddət danışıqlar apardıq və mətnin çoxlu müxtəlif versiyaları var idi", – deyə nazir izah edib. – "Ankarada adamlarımız danışıqlar aparıb, Brüsseldə bir neçə görüşümüz baş tutub. Düzünü desəm, Madriddə bunu həll edə biləcəyimizi gözləmirdim, çünki çoxlu açıq suallar qalmışdı", – deyə o, əlavə edib.
Haavisto xatırladır ki, "dönüş nöqtəsi kofe fasiləsi zamanı oldu. Tərəflər iki saat oturub eyni ifadələri təkrarladılar, lakin bu zaman biz yaradıcı ideyalar tapdıq və nəticədə mətni dəyişdirdik".
"Bu, hüquqi razılaşmadan daha çox siyasi bəyannamədir", – o əlavə edib – "Bizim qanunvericiliyimizi dəyişdirməyə ehtiyac yoxdur və hər şey mövcud qanunlarımıza uyğun olaraq həyata keçiriləcək. Əsas məsələ əməkdaşlığı gücləndirməkdir, biz Türkiyə hakimiyyət orqanlarından məlumat almağa və terrorizmlə bağlı məsələlərdə əməkdaşlığa hazırıq. Lakin bütün qərarlar Finlandiya qanunlarına uyğun olaraq qəbul edilir", – XİN rəhbəri bildirib.
Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə verib. Gözlənildiyi kimi, onlar alyansın Madriddə keçiriləcək sammitində iştirak üçün dəvət almalı idilər, lakin Türkiyənin vetosu bu prosesi əngəlləmişdi. Nəticədə iyunun 28-də Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Nəticələrə əsasən, Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən memorandum imzalanıb.
Həmçinin, Ankaraya silah satışı üçün qoyulan qadağa və Türkiyənin terrorizmlə mübarizə ilə bağlı narahatlıqları nəzərə alınıb.
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 01 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com cəbhədən son xəbərlər en son xəbərlər bugün krimnal bugun