Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? - FOTO
Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? - FOTO
Turizm mövsümü olduğundan istirahət üçün ölkə xaricinə üz tutan vətəndaşların sayı artıb. Bu səbəbdən də səyahət etmək istəyən vətəndaşların çoxu turizm xidmətləri göstərən şirkətlərə üz tuturlar. Turizm şirkətlərindən istifadə edənlər öz vaxtlarına qənaət edərək hazır təkliflərdən yararlanırlar.
Lakin elə turizm şirkətləri var ki, onlar vətəndaşların etibarından sui-istifadə edirlər. Buna görə də, səyahət üçün turizm şirkəti seçərkən çox diqqətli olmaq lazımdır.
Məsələ ilə bağlı "Trend"ə açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, turistlər şirkətə müraciət etməmişdən öncə onun haqqında araşdırma etməlidirlər.
"Təəssüflər olsun ki, müştərilər daha çox qiymətin ucuz olmasına fikir verirlər. Belə olduğu halda isə tur alan insanlar problemlə qarşılaşırlar. Əsas keyfiyyətə və şirkətin bu sahədə etibarlı olmasına diqqət edilməlidir. Vətəndaşlar turları istirahətə gedəcəkləri vaxtdan bir neçə ay əvvəl bron və ödəniş edirlər. İnsanlar səyahətə əsasən yay aylarında getdiyindən problemlə də bu mövsümdə daha çox qarşılaşırlar. Əsasən qarşılaşdıqları problemlər tur üçün ödəniş edilsə də, sonradan məlum olur ki, belə tur yoxdur, keyfiyyət zəifdir, turizm şirkəti yoxa çıxır və ya başqa problemlərlə üzləşirlər", - deyə Qəhramanov vurğulayıb.
Assosiasiya sədri bildirib ki, tur paket alarkən insanlar turizm şirkətinin imicinə, dayanıqlı olmasına mütləq şəkildə fikir verməlidirlər:
"Bunu bilmək üçün bu ildən fəaliyyət göstərən Turizm Reyesetrindən şirkətlər barədə məlumat ala bilərlər. Şirkət fəaliyyət göstərirsə, mütləq reyestrdən keçməli və standartlara cavab verməlidir. Vətəndaş tur paket alırsa, mütləq turizm şirkəti ilə müqavilə bağlamalıdır. Bu, hər iki tərəfin hüquqlarını, öhdəliklərini təsdiq edən sənəddir. Çünki çox vaxt turistlər narazı qalır və üzləşdiyi problemlə bağlı şirkəti günahlandırırlar. Ancaq müqavilə olarsa, onun əsasında problemi həll etmək mümkündür".
G.Qəhrəmanov qeyd edib ki, Assosiasiyasının 120-dən çox üzvü var. Turizm şirkətləri Assosiasiyaya daxil olmaq üçün standartlarımıza cavab verməlidir ki, üzv kimi qəbul olunsun.
"Bu kimi məsələlərə çox ciddi yanaşılır, həmin şirkətlərin bazarda olan imicləri, durumları daim araşdırılır. Assosiasiyaya üzv olan şirkətlərlə turistlər arasında xoşagəlməz hadisələr baş verdiyi halda köməklik göstərə bilərik", - deyə o, əlavə edib. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu