Fironun "mənəmliyi", Musanın əsası, Mənsimovun yalanları – KEÇMİŞDƏN BU GÜNƏ

Fironun Fironun doğuşu...
Firondan başlayaq. Musaya lağ edən, onun Allahını tanımayan, amma sonda qorxu hissini iliyinə kimi hiss edən Firondan.
Heç düşünmüsünüz, Firon özünü niyə bir yerdən sonra Allah elan edir? Axı, insan özünü necə birdən-birə Allah elan edə bilər?
Fironun Çünki Firon başdan ayağa narsisizmin ağuşunda idi. Düşüncələrində insanlığın yüksək, "ən" zirvəsində dayandığına inanırdı. Niyə də inanmasın? Sənin, mənim kimi ətdən, sümükdən olan bu adam bir əlini qaldıranda yaşadır, o əlini endirəndə kiminsə başını qarpız kimi əzdirirdi. Bir yerdən sonra firon yorulur, bezir, həvəsdən düşür, dayanır və barmağını dişləyib yekun qənaətə gəlir: "Allah varsa, o elə mənəm".
Fironun nəzəriyyəsi onun bütün obsesiyalarını doğrulamaq üstündə qurulub. Bir narsistin edə biləcəyi təməl qazanclardan biri də elə budur. Səhvsiz olduğunu diktə etmək və təpədən dırnağa öz fəlsəfəsini hər kəsə həqiqət kimi sunmaq.
Musanın əsası…
Amma bütün fironların mütləq bir Musası tapılır. Onun hər səhər durub qibtə ilə baxdığı güzgüsünü darmadağın edən, xəyalını görəndə dili ağzında böyüyən bir Musa hardansa çıxır.
Çıxmasa belə bu elə də problem yaratmır. Obsesiyaları özləri ilə böyüyən narsistlər bir yerdən sonra "dur" əmri ilə qarşılaşırlar. İşə Allahın insan fizionomiyasındakı müdhiş mexanizmi düşür. 35 yaşına gəlib çatan narsist həyatın reallıqlarını dərk edir, dünyanın mərkəzində olmadığını anlayır və digər insanlardan fərqli olmadığını görür.
Fironun Yəni, Fironun narsistliyini Musa yerləbir edirsə, digərlərininkini mütləq və mütləq Allah edir.
Amma bəzən də daha fərqli olur. Fironluq bitir, dünya onları yalnız ehramlarda xatırlayır, bircə insan oğlu dərs almır ki, almır.
Ucuz gəminin bahalı mənzərəsi…
Müasir dövrün insanı özünəvurğunluğunu - güzgüsünü daha fərqli yollarla təmin edir. Bu "güzgü" mediadan başqası deyil.
Media insanlara quzunu qurd, qurdu da quzu göstərən Fironun o məşhur güzgüsüdür. Elə indilərdə hamımızın baxdığı Mübariz Mənsimovun güzgüsünün eynisi.
Mənsimov pulla satın aldığı "güzgüləri" ilə günəşin zəhlətökən şüasını dövlətin gözlərinə tutur, onu qamaşdırır, başını gicəlləndirməyə çalışır.
Fironun Söyüş müxalifətinin kameralarını aldıran, studiyalarını qurduran, səs yazan cihazlarını hədiyyə edən Mənsimov dövlətin gözlərini hər yerdən – içəridən, bir az Quzeydən, bir az da Qərbdən günəş şüaları sınağa çəkir, bu işi görərkən də şəhid ailələrini özünə alibi edir.
Fətullah Güləni otağında "danlayan", Türkiyə kimi 80 milyonluq hegemon bir ölkənin rəhbərinə doğru-dürüst müraciət belə edə bilməyən birisi yerli medianı ələ almaq üçün işə qoyulur.
İndi məşhur gəmiçinin özünəvurğunluğunu xalqa göstərmək üçün Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığa sövq etməsi ilə bağlı dəlillər palaz-palaz ortalıqdadır.
Çatlaq-çatlaq güzgülərlə dövlətin gözünə günəş işığını tutan, şəhidlərin adından istifadə edib özünə müsbət rəy yığan Mənsimov dim-dik dayanır. Qalır Musanın əsa ilə gəlişi.
Nağılın bədbin sonu…
Bu dövr möcüzələr dövrü deyil, xanımlar və cənablar. Heç Mənsimovun yalanlarla dolu güzgüləri də etibarlı sayılmaz. Başqa pəncərədən günəşin doğuşu daha maraqlı olsa orada mütləq olacaqlar. Sadəcə indi gəmidən baxanda mənzərə daha bahalıdır.
Bir də ki, nə narahatçılıq? Dövlətimiz sağ olsun. Əmin olun, Musanın nəinki əsası, bircə ayaq səsləri belə onları ortalıqdan silməyə yetər.
Altay Qorxmaz

Sosial       Tarix: 13 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az hava proqnozu kriminal xeberler son xabarlar