Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı

Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladıBir neçə il öncə Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.
Open.az xəbər verir ki, tədbirlərin birinə qatılan sənətçi "Oxu.Az"a açıqlamasında həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:
"Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi".
F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da ikibaşlı mesaj ünvanlayıb:
"İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı".
Əməkdar artist sonda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:
"İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, "zəmidir". Ümid edirəm nə vaxtsa, mənim də "zəmim" bəhrəsini verər.
Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir". /open.az

Şou Biznes       Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler xabar az qurban bayrami 2026 valyuta mezennesi banklar