Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdi

Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdiXəbər verdiyimiz kimi, Fransa Azərbaycandakı səfirini geri çağırıb.
Fransanın ölkəmizdəki səfiri Ann Buayon artıq Fransadadır və Prezident Emmanuel Makron tərəfindən qəbul edilib.
Görəsən, Ermənistanı silahla zənginləşdirən, hər fürsətdə Azərbaycan və Ermənistan arasında sülh sazişinə əngəl törədən "firənglər" bu dəfə nə istəyir?
Mövcud addımdan sonra Fransa və Azərbaycan arasındakı diplomatik əlaqəlari nə gözləyir?
Məsələ ilə əlaqədar azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Fransanın bu cür addımlar atmasının səbəbi onun Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsiylə barışmamasıdır:
Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdi"44 günlük Vətən Müharibəsindən sonra Fransanın Azərbaycana qarşı apardığı həm daxili, həm də xarici siyasət birmənalı şəkildə yalnız qərəzli və heç bir fakta söykənməyən bir politika olub. Məlum məsələdir ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərində təmsil olunan Fransa həmişə Ermənistanın tərəfini tutub, onların apardığı siyasət nəticəsində bu gün artıq "Böyük Qayıdış" problemlə çevrilib. Minalarla dolu olan ərazilərimi təmizləmək məcburiyyətində qalmışıq. Qeyd etdiyim bütün problemlər zamanında ATƏT-in Minsk qrupunda təmsil edilən ölkələr tərəfindən bəyan edilməli idi. Eyni zamanda, Fransa bizim 44 günlük Vətən Müharibəsindəki qələbəmizi həzm edə bilmədilər.
Təsəvvür edin ki, Fransanın BMT-nin Təhlükəsizlik Şurasında, Avropa İttifaqında və s. Azərbaycan əleyhinə müxtəlif sənədlər qəbul etdilər, ərazimizə müşahidəçi adı ilə Ermənistana hərbi qüvvələr həmçinin silah-sursat göndərdilər. Bütün bu dediklərimin hamısı ölkəmizə qarşı atılan çirkin addımlardır. Dəfələrlə Fransa parlamentində heç bir əsası olmayan məsələlər qaldırdılar. Əlbəttə ki, Azərbaycan bu təhdidlərə qarşı öz addımını atdı və cavabını da verdi. Hətta Fransa xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində apardığı casusluq fəaliyyəti ilə əlaqədar açıqlamalarımız oldu, onlar həbs olundu. Məlum məsələ idi ki, bu cür proseslər Fransa hakimiyyəti tərəfindən törədilir və mütləq şəkildə vaxtilə Qarabağ ərazisində qazandığı iqtisadi, siyasi və digər məsələləri yenidən bərpa etməyə çalışır. Ermənilərdən də bundan vasitəçi kimi istifadə edirdi".
Deputat əlavə edib ki, Fransa hakimiyyəti artıq Azərbaycanda heç bir məkrli siyasət yeridə bilmədiyi üçün səfirini geri çağırıb:
"Son vaxtlar COP-29-la bağlı keçirilən tədbirlərə kölgə salmaq, cürbəcür tribunalarda sözügedən konfransın keçirilməsinə qarşı danışmaq məsələsi də gündəmdədir. Ermənistanı silahlandıran, balansı pozan da məhz Fransa idi. Lakin bütün baş verən siyasi proseslərdən sonra Fransa Azərbaycandakı səfirini geri çağıraraq sonradan birtərəfli şəkildə ölkəmizin təqsirləndirməsi heç bir məntiqə sığmır. Çünki hər bir verilən bəyanatın arxasında müəyyən faktlar olmalıdır. Azərbaycanın öz müstəqil daxili və xarici siyasəti var. Əgər dövlətimizə qarşı hansısa qarayaxma kampaniyası keçirirlərsə, eyni zamanda yanlış addımlar atırlarsa, bunun məntiqi sonluğu da belə olmalıydı. Azərbaycan daim Fransa ilə danışıqlara açıqdır. Bunu dəfələrlə dövlət başçısı öz çıxışlarında da deyib. Sadəcə olaraq, artıq düşmənlərimiz özlərinin məkrli siyasətini Azərbaycanda keçirə bilmirlər, ona görə də səfirlərini geri çağırıb birtərəfli bəyanatlar verirlər".
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov isə bildirib ki, Fransa-Azərbaycan münasibətlərinin korlanmasının səbəbkarı Azərbaycan yox, məhz Fransadır:
Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdi"Fransanın Azərbaycandan səfirini geri çağırması diplomatik münasibətlər baxımından kifayət qədər hər iki ölkənin əlaqələrinin dalana dirəndiyini göstərir. Əslində, Fransa Azərbaycan münasibətlərinin korlanmasının səbəbkarı Azərbaycan yox, Fransadır. Bu ölkə daim təxribatlar törədir və müxtəlif provokasiyalarla Azərbaycana qarşı böyük ədalətsizlik, haqsızlıqlar edir. Biz bunu Fransadan həm torpaqlarımızın 30 illik işğalı dövründə, həm də sonrakı dövrdə görmüşük. Fransa senatında qondarma qətnamələr qəbul edilib.
Avropa Parlamentində erməni lobbisinin çirkli pullarının əsirinə çevrilmiş fransalı deputatlar Azərbaycan əleyhinə böhtan və qarayaxma kampaniyasında oyuncağa dönüblər. Sonrakı dövrlərdə Fransa dövlət səviyyəsində Azərbaycanla münasibətləri kifayət qədər gərginləşdirib. Əlbəttə ki, Fransanın məsləhətləşmələr adı altında Bakıdakı səfiri Ann Buayonu Parisə çağırmağı Fransanın növbəti dəfə riyakar münasibətini ortaya qoyur. Fransa Azərbaycanla özünün korladığı əlaqələri qaydağa salmaq, Qafqazda iqtisadi və siyasi gücü çox olan Azərbaycanla əlaqələri yaxşılaşdırmaq və heç olmasa bundan sonra əgər normal bir ölkə kimi davranmaq yerinə, daha da vəziyyəti pisləşdirib, dalana çəkməklə məşğuldur".
Siyasi şərhçi hesab edir ki, iki ölkə arasındakı əlaqələrin bu cür pisləşməsində uduzan və itirən yalnız Fransa olacaq:
"Mən hesab edirəm ki, iki ölkə arasındakı əlaqələrin bu cür pisləşməsində uduzan və itirən Fransa olacaq. Çünki nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan olmadan Qafqazda və Avropadan Asiyaya uzanan kommunikasiya layihələrində, logistika və s. hansısa bir beynəlxalq təmsilçilikdən söhbət gedə bilməz. Fransanın bu gün tamamilə münasibətləri zədələməsi və diplomatik mənada əlaqələrə köklü zərbə vurması Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin yaxın gələcəkdə düzəlməyəcəyini növbəti dəfə göstərmiş olur".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdi

Siyasi       Tarix: 18 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabar xeber xabarlar sonxəbərlər