Parlamentdə Paşinyana qarşı təxribatın PƏRDƏARXASI: Nikol iclası niyə əsəbi tərk edib?
Ermənistan parlamentində bu gün 2026-cı ilin büdcə müzakirələri zamanı qalmaqal yaşanıb. Qeydiyyata cəmi 46 deputatın düşməsi səbəbindən yetərsay alınmayıb və iclas baş tutmayıb. Baş nazir Nikol Paşinyan isə əsəbi şəkildə zalı tərk edib. Hadisə ölkədə siyasi böhran ehtimallarını gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu hadisə Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində baş verən siyasi proseslərin tərkib hissəsidir:
"Gələn ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Düşünürəm ki, bu cür hadisələr təsadüfi deyil. Seçkilərə doğru gedən müddətdə Paşinyanın rəqibləri onun əleyhinə müxtəlif planlar quracaq. Bu hadisə də həmin planların bir hissəsidir".
Ekspertin sözlərinə görə, Ermənistanda ümumi siyasi böhran mövcuddur, lakin bu, hələlik açıq şəkildə dərinləşməyib:
"Paşinyanın gücü revanşist qüvvələrə nisbətən daha yüksək olduğu üçün böhran tammiqyaslı deyil.
Ermənistanda cəmiyyətin böyük əksəriyyəti sülh tərəfdarıdır. Rusiya meyilli revanşistlər hələ də müharibə istəyirlər, amma onların sayı 20-25 faizdən çox deyil".
Cavanşir Abbaslının fikrincə, yaxın aylarda Ermənistanda siyasi gərginlik davam edəcək:
"Hakim partiyanın müəyyən boşluqları belə situasiyaların yaranmasına səbəb olur. Amma növbəti iclasda yetərsayın təmin olunacağı gözlənilir. Bununla belə, Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi mübarizənin daha da kəskinləşəcəyi aydın görünür".
Ekspert əlavə edib ki, Paşinyanın reytinqi 50 faizdən yuxarı olsa da, beş il əvvəlki səviyyədə deyil və müəyyən qədər səs itkiləri müşahidə olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib