Fransa - Ermənistan birliyi nə vəd edir? - 'Şuşa bəyannaməsi' unudulmamalıdır

Fransa - Ermənistan birliyi nə vəd edir? - 'Şuşa bəyannaməsi' unudulmamalıdırÖtən gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhədə yeni qoşun yığması ilə bağlı açıqlama yayıb. 
Belə olan halda, düşmənin məqsədi nədir? Əgər yeni müharibə təhlükəsi varsa, bu, Ermənistana nə vəd edir?
Siyasi şərhçi, politoloq, "Xalq Cəhbəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı azxeber.com-a danışıb.
O, Ermənistanın bu addımları atmasının əsas səbəbini Avropa İttifaqının 400 nəfərlik müşahidə missiyasını Yerevana göndərməsində görür:
"Avropa İttifaqının Ermənistana, rəsmi Yerevanın iddiasına görə, 400 nəfərdən ibarət müşahidə missiyası göndərməsi Ermənistanı növbəti təxribatlara ruhlandırıb. Azərbaycanla sərhəd bölgəsində, xüsusən də, Daşkəsən rayonu istiqamətində Ermənistan qoşunlarının toplanmasının müşahidə edilməsi də qənaətimə görə, bu aspektdən qaynaqlanır. Yəni, Ermənistan mövcud vəziyyətdən istifadə edərək sərhəddə təxribat törətməklə bunun məsuliyyətini Azərbaycanın üzərinə yükləməyə çalışır və nəzərə alsaq ki, müşahidəçilər üçün Ermənistan ərazisində yerləşdirilməsində əsas təşəbbüskar və konkret tərəf Ermənistanın himayəçisi Fransadır, o zaman rəsmi Parislə Yerevanın bu təxribatı birgə hazırladıqlarını düşünmək olar".
Politoloq qeyd edib ki, Ermənistanın bu cür addım atması bütövlükdə bölgədə sabitlik və təhlükəsizliyi ciddi risk altına salır:
"Mövcud şəraitdə bütövlükdə bölgədə sabitlik və təhlükəsizlik kifayət qədər ciddi risk altına düşür. Belə olduğu təqdirdə yaranmış vəziyyətə bölgə dövlətləri konkret münasibət bildirməli və kifayət qədər sərt bir mövqe ortaya qoymalıdırlar. Söhbət burada sıradan bir bəyanatlardan və yaxud Fransaya ünvanlanmış dolayı yolla verilən mesajlardan getmir, söhbət konkret olan addımlardan gedir.
Siyasi şərhçi əlavə edib ki, regionda Azərbaycana qarşı hər hansı müdaxilə olarsa, Ermənistana qarşı ən sərt tədbirlər həyata keçiriləcək:
"Bölgədən kənar qüvvələr açıq şəkildə bilməlidirlər ki, əgər regiona hər hansı bir formada müdaxilə olacaqsa, bu müdaxilə prosesində Ermənistanın təcavüzkar mövqeyindən istifadə olunacaqsa, o zaman Ermənistana qarşı ən sərt tədbirlər həyata keçiriləcək.
Fransa - Ermənistan birliyi nə vəd edir? - 'Şuşa bəyannaməsi' unudulmamalıdırDigər tərəfdən, şübhəsiz, istənilən formada təhlükə yaranacağı təqdirdə Azərbaycan konkret müttəfiqlik münasibətlərinin olduğu ölkələrə, ilk növbədə Türkiyəyə müraciət etməlidir. "Şuşa Bəyannaməsi" Azərbaycanla Türkiyənin birgə fəaliyyətini və o cümlədən, hərbi təhdidlərin qarşısının alınmasını zəruri edir və buna imkan yaradır. Bu aspektdən düşünürəm ki, indiki şəraitdə Ermənistanın həyata keçirdiyi bütün bu siyasət mahiyyət etibarilə bölgəyə kənar güclərin daxil olmasına daha geniş imkan yaratmağa xidmət edir".
Şərhçi bildirib ki, 400 nəfərlik missiya hələ başlanğıcdır və bunun davamı da ola bilər:
"400 nəfərlik missiya başlanğıcdır. Əgər region dövlətləri sükuta qərq olub, öz fəaliyyətlərini indiki kontekstdən davam etdirəcəklərsə, o zaman bölgəyə daha geniş miqyaslı kontingentin daxil olmasının şahidi olacağıq".
Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycana qarşı savaş açmaq istəyən qüvvələr nəinki orduyla, həm də xalqla, millətlə savaşmalı olacaqlar:
"Azərbaycana gəldikdə isə, Azərbaycan istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Paralel olaraq, bunu heç kim unutmalı deyil ki, bu prosesdə Azərbaycan xalqı və dövləti, həmçinin ordusu vahid bir mövqedən çıxış edir və bizə qarşı savaş açmaq niyyətində olan bütün qüvvələr unutmamalıdırlar ki, onlar bütövlükdə xalqla savaşacaqlar. Yəni söhbət xalq və ordudan gedir. İndiki şəraitdə bizim sərgilədiyimiz mövqe regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edir. Nə qədər ki, Ermənistanın buna şansı var, bu sülh prosesinin real müstəviyə qədəm qoyması istiqamətində konkret addımlar atmalıdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele