Fransa Ermənistanı sürətlə silahlandırır - Regionda sülhü istəməyənləri hansı aqibət gözləyir?

Fransa Ermənistanı sürətlə silahlandırır - Regionda sülhü istəməyənləri hansı aqibət gözləyir?"Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında kifayət qədər təhdidlər var".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisinin deputatı Fəzail Ağamalı Fransanın növbəti dəfə Ermənistanı silahlandırmasından danışarkən deyib.
Fransa Ermənistanı sürətlə silahlandırır - Regionda sülhü istəməyənləri hansı aqibət gözləyir?Deputat hesab edir ki, Fransa bu hərəkətləri ilə Azərbaycana qarşı hələ də qərəzli mövqeyini ortaya qoyur:
"Bir tərəf ABŞ Ermənistana yardım aktı qəbul edir, eyni zamanda ona siyasi və maddi dəstək verməyi önə çəkir. Başqa bir tərəfdən isə Fransa hələ də Azərbaycana qarşı qərəzli düşmənçiliyini, ölkəmizə qarşı böhtan dolu münasibətlərinə ara verməməklə yanaşı, həm də Ermənistanı silahlandırmaqda davam edir. Əlbəttə, bütün bunların başlıca səbəbi Ermənistandır. Əgər Ermənistan bir tərəfdən özünü xilas etmək, digər tərəfdən Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsini reallaşdırmaq üçün qonşuları ilə münasibətləri normallaşdırmalıdır. Dəfələrlə deyilib, bir daha təkrar edirəm ki, Ermənistanın gələcəyi onun Türkiyə və Azərbaycanla normal münasibətlərindən keçir. Heç bir ölkə Ermənistanı silahlandırmamalı və onun militalist ölkəyə çevirməməlidir".
Deputat bildirib ki, yeni müharibə təhlükəsi yaranarsa, düşmən yenidən dəmri yumruğu başında görəcək:
"30 ildən çox Rusiya bütün hərbi potensialı ilə Ermənistanın yanında oldu. Unutmaq olmaz ki, dünyanın silah potensialına, istehsalına, müasirliyinə görə Rusiya dünyada ilk yerdədir. Həmin silahların xeyli hissəsi Ermənistanda yerləşdirilmişdi. Hətta onlara pulsuz silahlar da verilmişdi. 44 günlük Vətən Müharibəsində biz onların hansı silahlara malik olduğunun şahidi olduq. Lakin Müzəffər Ali Baş Komandan və igid silahlı qüvvələrimiz böyük qəhrəmanlıqla onların həm silahlarını, həm də ordusunu məhv etdi. Bundan sonra Ermənistan silahlansa nolacaq?! Onun Azərbaycana qarşı müharibə etmək imkanımı qalıb?! Əgər onlar Azərbaycana qarşı yenidən ərazi iddialarında olsa, Azərbaycanın sülh şərtlərini yerinə yetirməsə, revanşizmi ortaya qoysa, qarşısında dəmir yumruğu görəcək.
Modernləşmiş, güclü və bu gün hətta Pentaqonun öyrənməli olduğu Azərbaycanın hərbi gücünün qarşısında dayanmalı olacaq. Hansı formada, şəkildə Fransa ona yardım edəcək? Necə? Mümkün deyil. Ona görə də biz çox diqqətlə prosesləri izləməliyik. Fransanın və onun kimi dövlətlərin Cənubi Qafqazda yeni müharibə alovuna rəvac verməsi diqqətimizdən kənarda qalmalı deyil. Ancaq bütün bunlar yalnız Ermənistanı fəlakətə aparır. Heç bir qüvvə cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla zorla, güc dili ilə danışa bilməz. Ermənistan yaşamaq istəmək istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Vaxtilə işğal etdiyi Qazaxın 7 kəndini və Naxçıvanın 1 kəndini heç bir şərt qoymadan dərhal geri qaytarmalıdır. Bunu etmirsə, bizim silahlı qüvvələrimiz üzərinə düşən missiyanı yerinə yetirəcəkdir".
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Qabil Hüseynli isə yaranmış bu cür halın heç bir müharibə ocağı yarada
bilməyəcəyinə işarə edib:
Fransa Ermənistanı sürətlə silahlandırır - Regionda sülhü istəməyənləri hansı aqibət gözləyir?"Mən müharibə variantını istisna edirəm. Hazırda bütün diqqətlər sülh müqaviləsinin bağlanmasına yönəlib. Ermənistan o halda deyil ki, Azərbaycanla müharibə aparsın. Ermənistanın hələ Azərbaycanla döyüşə hazırlığı üçün, ordunun vəziyyətinin yaxşılaşdırması üçün ən azı 5-10 il vaxt lazımdır. Ona görə də Ermənistanla Azərbaycan arasında hər hansı qarşıdurmanın olması birmənalı şəkildə absurddur. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya məsələsi müzakirə edilir. Digər sülh yaratma prosesləri davam etdirilir. Bu səbəbdən də müharibənin yenidən başlaması ilə bağlı danışmaq yersizdir".
Siyasi şərhçi təkcə Fransanın deyil, həm də Hindistanın Ermənistanı silahlandırması məsələsinə münasibət bildirirək deyib ki, ermənilər silahı pulla alır:
"Düzdür, erməni öz xislətində qalır. Lakin onların daha müharibə üçün halları yoxdur. Ölkə daxilində xaos, Rusiyanın onlara qarşı ciddi təzyiqləri var. Bu cür vəziyyətdə Ermənistanın hücuma keçəcəyi, müharibə təhlükəsi yaratması gözlənilmir. Fransa ermənipərəst, alçaq bir ölkədir. Qatı xristianlığı təbliğ edən ölkədir. Burada Ermənistan və Fransanın tarixi əlaqələri var. Makronun dövründə ölkə beynəlxalq hüququn normalarını tamamilə pozdu. Fransa 600 min erməni əhalisinin təsiri altında yaşayan bir ölkədir. Amma onlar heç nə edə bilməz. 5-6 dənə köhnə silahla Ermənistanın vəziyyəti yaxşılaşa bilməz. Azərbaycan Ordusu kifayət qədər güclüdür və yeri gəlsə təcavüzkarı yerində oturda bilər. 
Hindistan silahları Fransa ilə birgə istehsal edir. Hindistan bizim dostumuz deyil və Pakistanın acığına bu hərəkətləri edir. Ermənilər də pul vasitəsilə silahları alır".
Mikayıl Mirzəzadə 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Fransa Ermənistanı sürətlə silahlandırır - Regionda sülhü istəməyənləri hansı aqibət gözləyir?

Siyasi       Tarix: 04 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər