Fransa ilə İtaliya arasında dəmir yolu əlaqəsi KƏSİLDİ
Leysan yağışlardan sonra baş verən torpaq sürüşməsi səbəbindən Fransanın Sen-Jan-de-Moren kommunası ərazisində bir neçə yol bağlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb.
Məlumata görə, Frejus tuneli yük maşınları üçün bağlanıb.
İtaliyanın "Trenitalia" dəmir yolu şirkətindən bildirilib ki, Milandan Parisə və əks istiqamətdə bir neçə qatar reysi ləğv edilib.
Belə ki, 29 avqusta qədər elan edilən qrafik dəyişikliyi iki şəhəri birləşdirən səkkiz qatara təsir edib, yollarda tıxac yaranıb.
Sinoptiklər yağış, qasırğa və güclü küləyin davam edəcəyini proqnozlaşdırır.
Məlumata görə, ötən gün İtaliyanın Liquriya bölgəsində də güclü yağışlar yağıb. Əyalətdə bir neçə ağac aşıb, küçələri və yeraltı keçidləri su basıb. Genuyada isə bir neçə saat ərzində 200 mm-ə qədər yağış yağıb.
İqbal Rzayev,
KONKRET.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi