Fransa kimi neokolonialistlər hələ də müstəmləkəçilik xəstəliyindən xilas ola bilməyiblər

Fransa kimi neokolonialistlər hələ də müstəmləkəçilik xəstəliyindən xilas ola bilməyiblər"Bütün dünyada müstəmləkə siyasətinə, kiçik xalqların güclü dövlətlər tərəfindən istismarına son qoyulduğu müddətdən xeyli vaxt ötür. Amma Fransa kimi neokolonialistlər hələ də müstəmləkəçilik xəstəliyindən xilas ola bilməyiblər. Çünki, bu, Parisin yürütdüyü və bu dövləti ayaqda saxlayan siyasətdir. Fransanın Afrika qitəsində müstəmləkə altında saxladığı ölkələr və xalqlar var ki, onlardan yalnız gəlir mənbəyi kimi istifadə edir. Son dövrlər Afrikanın qərbində yerləşən ölkələr Fransanın buradakı mövcudluğuna son qoymaq üçün silahlı mübarizəyə başladılar, Parisin diqtəsi ilə idarə edilən rejimlər devrildi, ardınca fransız qoşunları yola salındı. Fransanın əsas gəlir mənbələri, xüsusilə uzun illər istismar etdiyi uran yataqları əlindən çıxdı, milyonlarla afrikalının canı müstəmləkəçilikdən qurtuldu". 
Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün oxşar hadisələr Okeaniyanın ada dövlətlərində baş verir: 
"Yeni Kaledoniyada yerli xalq Parisin müstəmləkə siyasətindən qurtulmaq üçün mübarizə aparır. Parlamentə yeni seçkilərin keçirilməsi də Fransadan xilas olmağa hesablanıb. Paris isə Yeni Kaledoniyada fransızların sayını süni şəkildə artırmaqla buna qarşılıq vermək, adada yeni idarəçilik rejimi yaratmaq istəyir. Rəsmi Paris adaya qoşun yeridib, ölənlər və yaralananlar, həbs olunanlar barədə xəbərlər gəlir. Fransa ordusu adada "TikTok" sosial şəbəkəsini tamamilə dayandırıb, o cümlədən başqa xəbərləşmə imkanlarını da məhdudlaşdırıb. Məqsəd bəllidir, dünya birliyinin Parisin törətdiyi cinayətlərdən xəbərdar olmamasıdır. Azərbaycan kimi ölkələr Parisin yürütdüyü siyasətə qarşı çıxması Fransada şok effekti yaradıb. Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı əsassız və ittiham xarakterli iddialar səsləndirib. Azərbaycanın Xarici İşlər Nazirliyi isə haqlı olaraq Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər nazirinə bir daha xatırladıb ki, məhz Fransa uzun müddət Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Bəli, Fransa müstəmləkəçilik siyasətini yeni formada, həm də daha dəhşətli üsullarla davam etdirir. Öz gücündən, nüfuzundan, əlinə düşən fürsətdən yararlanan rəsmi Paris kiçik xalqları əzməklə, onların hüquqlarını tapdalamaqla dünyada yeni düzən qurmağa çalışır. Fransa başqa ölkələrdə baş qaldıran separatçı, terrorla müşaiyyət olunan fəaliyyətləri dəstəkləyir, onları "haqq uğrunda mübariz" adlandırır, öz ərazisində baş verən oxşar hadisələrdə isə başqa mövqedən yanaşır. Beynəlxalq birliyin çağırışlarına əhəmiyyət vermir. Azərbaycan isə Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini bundan sonra da dəstəkləyəcək".
Ayşən Mirzəyeva

Sosial       Tarix: 17 may 2024
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler