Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA
Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA
"Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır".
Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan KİV-lərində Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də, burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair xarici mediada gedən fikirlərə cavab olaraq deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir:
"Bu mövqe dəyişməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır.
Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."