Fransa qadınların hüquqlarını polis zorakılığı ilə "qoruyur

Fransa qadınların hüquqlarını polis zorakılığı ilə Avropa İttifaqının Ermənistana "Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, etimad yaratmaq, aktiv monitorinq etmək və hesabat vermək" adı altında missiya göndərdiyi, missiyanın tərkibində Fransa Milli Jandarmının üzvlərinin olduğu hər kəsə məlumdur.
Qeyd edim ki, Aİ-nin Ermənistandakı missiyasının tərkibində fransız jandarmalarının da olacağını Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo (Nathalie Loiseau) bu il, fevral ayının 9-da erməni mediasına açıqlamasında da təsdiqləmişdi. Luazo qeyd etmişdi ki, missiya fevralın 20-də başlayacaq və mən həmin gün Ermənistanda olacağam. Mən Ermənistanın missiya ilə dəstəyini və əməkdaşlığını alqışlayıram. Missiya yerdə bizim gözümüz və qulağımız olacaq".
Amma nədənsə özünə Ermənistanda, ölkəsindən min kilometrlərlə kənarda "göz-qulaq kiraləyən Avropa Parlamentinin deputatı və onun kimi düşünən digərləri ölkələrində, elə öz həmcinslərinin hüquqlarının kobu şəkildə pozulmasına heç bir diqqət ayırmırlar.
Sirr deyil ki, bu günədək aparılan təbliğat nəticəsində qadın hüquqlarının müdafiəsi və feminizm deyəndə ilk ağıla gələn ölkələrdən biri də Fransa olub. 1789-cu il oktyabrın 5-6-da baş verən Versal etirazlarından başlayaraq, 1970 ci illərdə qadınların öz bədənləri ilə bağlı qərarvermə azadlığını tələb edən nümayişləri, 2003-cü illər qadınlar üçün güvənli sığınacaq mərkəzləri ilə bağlı etirazlar və digər tarixi hadisələr göstərir ki, qadın hərəkatları Fransada hər zaman yetərincə aktiv olub. Hətta öz əraziləri ilə kifayətlənməyib, 2019-cu ildən Fransa prezidenti tərəfindən elan edilən Feminist Təşkilatlara Dəstək Fondunun inkişaf siyasəti üzrə tərəfdaş ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək verməyə də başlayıblar. Fransanın Xarici İşlər Nazirliyi tərəfindən dünya miqyasında feminist təşkilatların fəaliyyətini maliyyələşdirmək üçün üç il ərzində (2020-2022) 120 milyon avro maliyyə ayrılıb və maliyyə gender bərabərliyini, qadın və qızların hüquqlarını və gender məsələlərini təşviq edən yerli təşkilatlara yönləndirilib.
Bəs indi nə baş verir? Martın 16-da Fransa hökuməti konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək, Milli Assambleyada səsvermədən yayındırmaqla pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün "pensiya islahatı" həyata keçirmək qərarına gəlib. Martın 20-də parlamentin aşağı palatasındakı müxalifət fraksiyaları hökumətə iki dəfə etimadsızlıq nümayiş etdirsələr də, yetərli səsləri toplaya bilməyiblər. Beləliklə, islahat qəbul edilib. Bundan sonra isə fransızların adətən iğtişaşlarla müşayiət olunan kütləvi etirazları başlayıb.
Həmin etirazlardan birində Fransa polisinin qadına qarşı göstərdiyi zorakılığı nümayiş etdirən videolar artıq sosial şəbəkələrdə yayılır.
Yuxarıda qeyd etdiyim kimi, ermənilərin təhlükəsizliyindən narahat olan, qadın hüquqlarını sözdə canfəşanlıqla qoruyan Fransa öz vətəndaşı olan qadınların hüquqlarını polis zorakılığı ilə "qoruyur".
Qadın hüquq müdafiəçisi olaraq Fransız polisinin qadınlara qarşı zorakılığını pisləyir və bütün dünya ictimayyətini bu zorakılığa qarşı çıxmağa çağırıram.
Günel Səfərova,
"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri / azxeber.com

Sosial       Tarix: 08 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 idman xeberleri en son xeberleri sonxeber az