Fransa sərhədlərini açır
Fransa sərhədlərini açır
Fransa hökuməti iyunun 15-də Avropa İttifaqı (Aİ) ölkələrindən və bir sıra digər Avropa ölkələrindən gələn səyahətçilər üçün sərhədlərinin açılmasına qərar verib.
TASS bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumata istinadla xəbər yayıb.
Aİ ölkələrindən, həmçinin Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, İsveçrə və Vatikandan gələnlərin hamısı üçün məhdudiyyətlərin aradan qaldırıldığı bildirilir. Sadalanan ölkələrin vətəndaşlarına koronavirusa yoluxmadıqları haqqında sənədin təqdim edilməsi, eyni zamanda 14 günlük karantin qaydası şamil olunmur.
İstisnalar da var. Məsələn, İspaniya və Böyük Britaniyadan gələnlər iki həftə karantində qalmalı olacaqlar. İspaniyalı turistlər üçün bu məhdudiyyət iyunun 21-dək qüvvədə olacaq.
Fransa 1 iyuldan etibarən Şengen ölkələrinin xarici sərhədlərinin tədricən açılacağını da elan edib. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var